
Gözlər BRÜSSELDƏ! – Sülh sazişi üçün işçi qrupları yaradılacaq? - ŞƏRH
Yusif Nəzərli
13:06 04.04.2022
Gündəm
1084
“Ola bilər ki, Ermənistan bununla bərabər sərhədlərin delimitasiyası ilə bağlı məsələdə də razılığa gəlsin. Zəngəzur dəhlizi məsələsində Ermənistan birinci mərhələni uduzdu”
“İndi o şahmatdakı eniş vəziyyətindədir. Əgər o bu gərginlikdən çıxmaq istəyirsə, Zəngəzur dəhlizi ilə bağlı da razılığa gəlməlidir”
“Ya ermənilər yekun sülhə gəlməli, ya da onun ağır nəticələri ilə qarşılaşmalıdır”
Avropa İttifaqının prezidenti Şarl Mişelin rəhbərliyi ilə aprelin 6-da Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək.

Politoloq Cümşüd Nuriyev baş tutacaq görüş barədə “Sherg.az” a danışıb. O ilk növbədə görüşün keçiriləcəyi məkana diqqət çəkib:
“Bu tərəflər arasında Brüsseldə keçirilən ikinci görüşdür. Danışıqların Belçikada keçirilməsi Avropanın Cənubi Qafqazda sülhyaradıcı missiyasında bir növ prioritet istiqamətə keçməsindən irəli gəlir. Çünki indi Avropa İttifaqı Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Qafqazı Rusiyanın siyasi dairəsindən çıxarmaq üçün əlindən gələni edir. Nəzərə alaq ki,Paşinyan Qərbə meyilli biri kimi tanınır. Demək Qərb işini çox gözəl bilir”.
C.Nuriyev vurğulayıb ki, hazırkı durum bütünlükdə Azərbaycanın xeyrinədir:
“Azərbaycan Prezidenti bu görüşə təkcə Müzəffər Ali Baş Komandan olaraq deyil,eyni zamanda 10 noyabr 2010-cu ildə imzalanmış üçtərəfli bəyanatın yerinə yetirmək imkanı olduğunu gündəmə gətirən bir dövlət başçısı kimi gedir.
Son zamanlar Azərbaycan ordusu təxribatların qarşısını almaq üçün Fərrux yüksəkliyini və Fərrux kəndini, eləcə də Xocalı rayonunun Pirlər kəndini nəzarətə götürüb. Artıq ermənilərin Ağdamın həmin bölgədə olan kəndlərinə qarşı törədilə biləcək təxribatlarının qarşısı alınıb. İndi Azərbaycan Prezidenti Alİ Baş Komandan kimi Ermənistana mesaj verir ki, dünya BMT-nin dörd qətnaməsinə məhəl qoymadı, onu biz özümüz icra etdik. İndi də rus sülhməramlılarının icra etmədiyi 2020-ci il 10 noyabr Bəyannaməsinin 4-cü bəndini Azərbaycan özü həyata keçirəcək.Ya ermənilər yekun sülhə gəlməli, ya da onun ağır nəticələri ilə qarşılaşmalıdır”.
Professor Brüsseldə reallaşacaq ikinci görüşdən böyük nəticələr gözlədiyini diqqətə çatdırıb:
“Ən azı sülh sazişinin hazırlanması üçün işçi qruplarının yaradılması gündəmə gələcək. Ola bilər ki, Ermənistan bununla bərabər sərhədlərin delimitasiyası ilə bağlı məsələdə də razılığa gəlsin. Zəngəzur dəhlizi məsələsində Ermənistan birinci mərhələni uduzdu. İndi o şahmatdakı eniş vəziyyətindədir.
Əgər o bu gərginlikdən çıxmaq istəyirsə, Zəngəzur dəhlizi ilə bağlı da razılığa gəlməlidir. Amma Ermənistanın ikiüzlü siyasətinə bələd olan biri kimi hələlik bunu o qədər də real görümürəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH Fars körfəzində supertankerin batırıldığını açıqlayıb
22:19 15.11.2026
Gündəm
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət