Güneyli soydaşımız acı göz yaşı tökdü - Səssiz qalmayacağıq!



 Güney Azərbaycanda milli- içtimai fəallar , Savalan dağının zirvəsində Urmu gölünün qəsdən qurudulması siyasətinə etirazları davam etdirirlər. 
"Sherg.az" ın " Azad İran " kanalına istinadən xəbərinə görə , milli fəallar müxtəlif etiraz formalarından istifadə edirlər ki , bu etirazlardan ən coxu müxtəlif şüarların səsləndirilməsi , sosial media şəbəkələrində yerləşdirilməsidir.
“Torpağımı məhv etdilər, ölkəmi talan etdilər, iqtisadiyyatımı yox etdilər " - deyə acıq mübarizə xətti seçən güneyli soydaşlarımız fars- molla rejiminin təzyiq və təqiblərinə məruz qalırlar.Geri cəkilmirlər. Milli fəallardan birinin yazdığı etiraz bəyanatı sosial şəbəkələrdə daha cox diqqəti cəkib: 
" Mənim gölümü indi məhv etmək istəyirlər. Urmum. Azərbaycanın tamamilə məhv olduğunu qeyd edin. Azərbaycan səssiz qalmayacaq!”.
Sosial media istifadəcilərindən biri isə süni şəkildə qurudulan Urmunun görüntülərini cəkib , açı göz yaşı tökərək sosial media platformalarında yayıb.

Turan