Hakan Fidan: Laçın yolu Azərbaycan torpağıdır
12:09 31.07.2023
Gündəm
417
Türkiyə xarici işlər naziri Hakan Fidan bildirib ki, Azərbaycan-Ermənistan regionunda sabitliyə aparan yol hərtərəfli sülh sazişindən keçir. Fidan bildirib ki, Zəngəzur dəhlizinin açılması iki ölkə arasında sülh üçün böyük əhəmiyyət kəsb edir.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, Fidan Xarici İşlər Nazirliyində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşündən sonra keçirilən birgə mətbuat konfransında çıxış edib.
Türkiyə ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin zamandan və şəraitdən asılı olmayan bir münasibət olduğunu deyən Fidan “bir millət, iki dövlət” şüarının iki ölkə arasındakı münasibətləri böyük strateji çərçivəyə, birliyə aparan bir mövqe olduğunu vurğulayıb.
Fidan 2021-ci ildə Türkiyə ilə Azərbaycan arasında imzalanmış Şuşa Bəyannaməsinə toxunaraq, “İşğaldan azad edilmiş Şuşada prezidentimiz Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanmış Şuşa Bəyannaməsi böyük hadisədir. Türk dünyası 2021-ci ildə bütün dünyaya bəyan etdi ki, güclü Türkiyə güclü Azərbaycandır, güclü Azərbaycan güclü Türkiyədir" deyə bildirib.
Ermənistanla normallaşma prosesini Azərbaycanla sıx koordinasiyada davam etdirdiklərini ifadə edən Fidan Azərbaycan-Ermənistan prosesində beynəlxalq səyləri dəstəklədiklərini qeyd edib.
Azərbaycan-Ermənistan prosesi ilə bağlı beynəlxalq tərəflərə çağırış edən Fidan “Tərəflər arasında ayrı-seçkilik yaratmayın, sülhü dəstəkləyin, dəstək əvəzinə mane olmayın. Regional sabitliyə gedən yol bir siyasətdən keçir. Hərtərəfli sülh sazişindən. Bunun üçün Zəngəzur dəhlizinin açılması böyük əhəmiyyət kəsb edir" deyib.
Fidan bəzi dairələrin, xüsusilə Ermənistanın Azərbaycanın Laçın yolunda sərhəd-keçid məntəqəsi yaratmasının humanitar böhrana səbəb olması ilə bağlı iddiaları ilə bağlı suala belə cavab verib:
"Laçın yolu Azərbaycan torpağıdır. Ona görə də Azərbaycan lazım bildiyi tədbirləri həyata keçirir və bunu görmək onun ən böyük suveren hüquqlarından biridir. Biz görürük ki, Azərbaycan humanitar məsələlərdə hər cür səy göstərir. Artıq tibbi keçidlər də mümkündür. Kompleks material daşınması üçün uyğun olan digər marşrutlar da mövcuddur. Bütün bu qiymətləndirmələrə nəzər saldıqda düşünürük ki, bu məsələdə Azərbaycanı tənqid etməyə heç bir əsas yoxdur”.
Turan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm
Cəlilabadda açıq ərazi yanır - FOTO
17:35 21.09.2026
Hadisə
Bankın süni intellekt köməkçisi müştərini təhqir etdi - FOTO
17:32 21.09.2026
Texnologiya
Bakıda marketdə qadını döyən şəxs həbs edilib
17:30 21.09.2026
Hadisə
Elm və Təhsil Nazirliyinin dərsini vermək lazımdır - Həsən Həsənov
17:08 21.09.2026
Gündəm
Türkiyəli aktrisa Afra Saraçoğlu İstanbul aeroportunda saxlanılıb
17:05 21.09.2026
Hadisə
“Azərsun Holdinq” “Yaşıl dağ” ekoloji-sosial aksiyasını dəstəkləyib
17:03 21.09.2026
Ölkə
Özbəkistan Prezidenti Putinə zəng etdi
16:52 21.09.2026
Dünya