Hakan Fidan və Antoni Blinken son 3 gündə ikinci dəfə telefonla danışıblar

Türkiyənin xarici işlər naziri Hakan Fidan və ABŞ-ın dövlət katibi Antoni Blinken arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.

Tərəflər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

Xatırladaq ki, diplomatlar sonuncu dəfə iyulun 8-də telefonla danışıblar.