Hazırda koronavirusla müharibə gedir: Heç vaxt 2 cəhbədə müharibə aparmaq asan olmur
Fidan Həmişəyeva
12:29 31.03.2020
Gündəm
729
Bu günlərdə sabiq xarici işlər naziri Tofiq Zülfüqarov maraqlı fikirlər söyləyib. Sabiq nazirin sözlərinə görə, bu günün reallığı belədir ki, koronaviruslu günlərdə erməni-azərbaycanlı münaqişəsində situasiyaya nüfuz edəcək iki oyunçu qalıb. Bunlar Ermənistan və Azərbaycandır:
“Fikrimcə, bir-iki həftədən sonra Azərbaycanın Ermənistana verəcəyi bu sual aktual olacaq: “İşğal olunmuş ərazilərdən ordunun çıxarılması üçün sizə neçə gün lazımdır?””
Ermənilərin 31 martda, azərbaycanlıları soyqırım etdikləri bir gündə sərgiləyəcəkləri həyasızlıq isə sərt cəzanı haqq edir. Azərbaycan ordusunun öz sözünü deməsi üçün unikal zaman yetişib. Bəlkə də koronavirus Qarabağın şansıdır.
Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov “Sherg.az”-a açıqlamasında bildirib ki, hazırda koronavirusla müharibə gedir.
O bildirib ki, Azərbaycan bu müharibədə indiyə qədər gördüyü işlərlə həm ÜST-ün, həm də Azərbaycanda olan mütəxəssislərin düzgün tövsiyələrini yerinə yetirməklə mübarizədə müqavimət göstərmək iqtidarındadır:
“Demirəm ki, qalib gəlmişik. Hər şey ola bilər. Cənab Prezidentin də dediyi kimi heç kim bilmir ki, baş verənlər nə vaxt sonlanacaq. Amma müqavimətin göstərilməsi ölüm hallarının sayına təsir edir. Tam səmimi deyirəm ki, koronavirusu müharibə kimi qiymətləndirmək lazımdır. Tarix göstərir ki, heç vaxt 2 cəhbədə müharibə aparmaq asan olmur. Nəzərə alsaq ki, Qarabağda real müharibəmiz gedir, sadəcə indi atəşkəsdir. Qarabağda gözə görünən və görünməyən düşmən var. Hesab edirəm ki, gözə görünən düşməni məhv etmək üçün sağlam bədən və ruh lazımdır. Milli Məclisdə çox vacib qanun qəbul etdik. Bu da çağırış müddətinin uzadılması ilə bağlıdır. Qanun layihəsinin mənası ondan ibarətdir ki, özümüz-özümüzü, ən əsası ordumuzu qoruyaq. Ordumuzda xəstəlik olmasın, əsgərlərimiz sağlam olsun, döyüş qabiliyyətini hər an göstərmək imkanında olaq. Virusla mübarizə apardığımız dövrdə hansısa resurslarımızı, imkanlarımızı kənara qoyub başqa cəbhəni də işə salırıqsa, düşünməliyik ki, xəstəlik orduya da gedəcəksə nə etməliyik? Bəzi insanlar Qarabağı azad etmək üçün zəmin yetişdiyini söyləyir. Onları bir azərbaycanlı kimi başa düşürəm. Onsuz da torpaqlarımızı azad edəcəyik. Amma ciddi addımların atılmasından öncə papağımızı qarşımıza qoyub düşünməliyik ki, fəaliyyətimizi hansı istiqamətdə təşkil edək. Fikrimcə, hələ koronavirus faciəsinin hansı fəsadları gündəmə gətirəcəyini bilmədiyimiz halda ikinci cəbhənin açılmasını ciddi düşünməliyik. Lakin hər bir halda müharibəyə hazırıq, onsuz da beynəlxalq cəhbədəyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət