Həbsdə ölən icra başçısı bu şəxslərdən rüşvət alıb - SİYAHI
Yusif Nəzərli
11:01 03.03.2022
Gündəm
342
Ağstafa Rayon İcra Hakimiyyətinin (RİH) keçmiş başçısının sabiq müavini Ramiz Tatarov istintaq ifadəsində həbsdə vəfat edən RİH-in keçmiş başçısı Nizaməddin Quliyevin kimlərdən rüşvət tələb etdiyini açıqlayıb.
“Report”un əldə etdiyi məlumata görə, o, dindirilən zaman bildirib ki, N.Quliyevin tapşırığı ilə Hüseynov Azər Camələddin oğlunun Ağstafa rayonu üzrə Maliyyə şöbəsinin rəisi vəzifəsinə təyin olunması müqabilində ondan 10 000 manat, İsmayılov Malik Kərim oğlunun Ağstafa RİH-in başçısının Kolxəlfəli kənd inzibati ərazi üzrə nümayəndəsi vəzifəsinə təyin olunması müqabilində 5 000 manat, Hüseynov Taleh Abdulla oğlundan Ağstafa Mənzil-kommunal təsərrüfat birliyinin baş direktoru vəzifəsinə təyin edilməsi müqabilində 15 000 manat, Ağstafa Rayon Təhsil Şöbəsinin müdiri Abbasov Kamran Yahya oğlunun vəzifəsində saxlanılmasına görə və xidmət üzrə ümumi himayədarlıq müqabilində 20 000 manat, Y.Abbasovdan Ağstafa RİH-in başçısının Ağgöl kənd icra nümayəndəliyində mühasibi işləyən oğlu Kənan Abbaslının vəzifəsində saxlanılmasına görə və xidmət üzrə ümumi himayədarlıq müqabilində 2 000 manat pul istəyib.
R.Tatarov qeyd edib ki, həmin şəxslər tələb olunan rüşvəti ona verməyib:
“Daha sonra Nizaməddin Quliyevin tapşırığı əsasında şəxsən Hüseynov Taleh Abdulla oğlunun Ağstafa Mənzil-kommunal təsərrüfat birliyinin baş direktoru vəzifəsində saxlanılmasına görə ondan ümumilikdə 8 280 manat pul aldım. Həmin məbləği isə Nizaməddin Quliyevə təqdim etdim”.
Qeyd edək ki, N.Quliyev və R.Tatarov 2019-cu ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat nəticəsində həbs olunub.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Quliyev 9 il və R.Tatarov isə 8 il 6 ay müddətində azadlıqdan məhrum ediliblər.
2021-ci il sentyabrın 7-də N.Quliyev Gəncə şəhər modul tipli xəstəxanasında koronavirusdan vəfat edib.
Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən, N.Quliyevin cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib. Onun əmlakının üzərinə qoyulmuş həbs götürülüb.
Məhkəmə R.Tatarovun ittiham olunduğu Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı) maddəsi müddət keçdiyi üçün ittihamdan çıxarılıb və cəzası 3 ay azaldılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukrayna ordusu bu qəsəbəni azad etdi
14:03 18.05.2026
Dünya
“Sədaqətin Sükutu” adlı layihə çərçivəsində tədbir keçirilib
14:01 18.05.2026
Ölkə
Məsud Pezeşkian: Yalandan düşmənin məhv olduğunu iddia etməməliyik
14:00 18.05.2026
Region
Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
12:47 18.05.2026
Gündəm
ABŞ Prezidenti İranın təkliflərindən məmnun deyil
12:39 18.05.2026
Gündəm
İran ABŞ ilə son sülh planının müzakirəsini davam etdirir
12:08 18.05.2026
Gündəm
Türkiyəli nümayəndə: WUF13 üçün ciddi hazırlıq görülüb
12:05 18.05.2026
Gündəm
Ermənistana builki ixracın dəyəri 10 milyona yaxınlaşdı
11:57 18.05.2026
Gündəm
“Maşın” şou başlayır
11:41 18.05.2026
Şou
Tramp İranla bağlı onlarla görüş keçirdi: Narazıdır...
11:35 18.05.2026
Gündəm
Gürcüstanın Baş naziri Azərbaycana səfərə gəldi
11:25 18.05.2026
Gündəm
KİV: Tramp Ağ Evdə helikopter meydançası tikməyi düşünür
11:21 18.05.2026
Dünya
Yermak azadlığa çıxır: 140 milyon girov ödənildi
10:54 18.05.2026
Dünya
Daha bir itkin-şəhid dəfn ediləcək
10:52 18.05.2026
Cəmiyyət