Həlak olan hərbçilərin ailə üzvləri mənzillə təmin olunacaqlar
Yusif Nəzərli
09:40 17.11.2021
Gündəm
569
Azərbaycanda həlak olmuş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinə dair tələblər müəyyənləşir.
“Report”un xəbərinə görə, bu, “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsində əksini tapıb.
Qanun layihəsinə əsasən, həlak olmuş (vəfat etmiş) hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ailə üzvləri digər yaşayış sahəsi verilmədən yaşadıqları yaşayış sahələrindən, eləcə də yaşayış sahəsini almağa və ya yaşayış şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəxslərin uçotundan çıxarıla bilməzlər və onların müvafiq icra hakimiyyəti orqanının müəyyət etdiyi orqanın müəyyən etdiyi qaydada xüsusi mülkiyyətdə olan yaşayış sahəsi almaq hüququ vardır.
Həlak olmuş (vəfat etmiş) hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ailə üzvlərinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə kirayəyə götürülmüş sahəsindən istifadə haqqına görə pul kompensasiyasını almaq hüququ vardır. Bu kompensasiya məbləğinin müəyyən edilməsində hərbi qulluqçu həlak olduqdan (vəfat etdikdən) sonra onun həmin nikahdan doğulmuş uşaqları da nəzərə alınır.
Həlak olmuş (vəfat etmiş) hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ailə üzvlərinin hərbi tibb müəssisələrində və digər müəssisələrdə güzəştli şərtlərlə tibbi təminat, sanatoriya-kurort müalicəsi və istirahət hüququ saxlanılır.
Yuxarıda göstərilən maddələr özü tərəfindən qəsdən törədilmiş cinayət, yaxud narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində vəfat edən hərbi qulluqçuların ailə üzvlərinə şamil edilmir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens: İranla danışıqlarda çox yaxşı irəliləyiş var
23:54 19.05.2026
Dünya
"The New York Times": Tehran dağıdılmış tunelləri bərpa edir
23:28 19.05.2026
Dünya
Qorxulu iqlim ssenarisi üçün əsas yoxdur - Ekoloq
22:44 19.05.2026
Ekologiya
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
22:27 19.05.2026
Dünya
Fransa hərbi xərcləri 36 milyard avro artıracaq
22:06 19.05.2026
Dünya
"Meta" yeddi min işçisini süni intellekt bölməsinə keçirir
21:33 19.05.2026
Texnologiya
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya