"Hələ nə Şoyqu, nə də Gerasimov istefaya göndərilib..." - ŞƏRH
06:23 27.06.2023
Gündəm
371
"Proseslərin dəqiqliklə aydınlaşan tərəfləri üçün bir qədər geniş informasiya və hadisələr lazımdır"
"Rusiya Prezidenti Vladimir Putin hakimiyyətinə qarşı “qiyam”ın müəllifi kimi tarixə düşən “Vaqner” şirkətinin rəhbəri Yevgeni Priqojinin müdafiə naziri və baş qərargah rəisi ilə bağlı arzusu gerçəkləşmək üzrə gedə bilər".
Sherg.az xəbər verir ki, bunu siyasi şərhçi Aqşin Kərimov deyib. Ekspert bildirir ki, yayılan informasiyalarda müdafiə naziri Sergey Şoyqunun və Baş Qərargah rəisi Valeri Gerasimovun vəzifələri ilə sağollaşacağı barədə iddialar bolluq təşkil edir:
"Bu əsnada ən maraqlı məlumatlardan birini ABŞ Müharibə Tədqiqatları İnstitutu yayıb, iddiaya əsasən, Rusiya Xüsusi Əməliyyat Qüvvələrinin (Xüsusi Qüvvələr Komandanlığı kimi də tanınır) keçmiş rəhbəri Şoyqunu müdafiə naziri kimi əvəz edə bilər.
Rusiya mənbələrində müdafiə nazirinin Tula vilayətinin hazırkı qubernatoru, Xüsusi Əməliyyat Qüvvələrinin keçmiş rəhbəri Aleksey Dyumin olacağı barədə fərziyyələr üstünlük təşkil etsə də, bunu təsdiq edəcək dəqiq məlumatlar yoxdur.
Amma Rusiyanın Müdafiə Nazirliyinin rəhbər strukturundakı dəyişikliklərin Putinin masasında olduğunu göstərən işarələr genişdir, burada vurğu ediləcək məqamlardan biri Moskvanın Ukraynadakı hərbi kampaniyasının taktikasında dəyişiklik olunması cəhdidir.
Əgər Putin Xüsusi Qüvvələr Komandanlığındakı keçmiş simanı müdafiə naziri təyin etmək istəyirsə, deməli, bunun Ukraynadakı taktiki motivlər və hərbi ehtiyaclarla əlaqəsi var.
Çünki Putinin Ukraynadakı hərbi işğal kampaniyası Rusiyanın müdafiə qabiliyyətindəki boşluqları aşkara çıxarır, ölkə daxilindəki təhlükəsizlik sferası korlanır".
A. Kərimov hesab edir ki, Putin Ukraynadakı müharibə fonunda daxili təhlükəsizlik tədbirlərini gücləndirməklə öz hakimiyyətini qoruyub-saxlamağı simmetriyada tutur.:
"Rusiya lideri Ukraynadakı əməliyyatları Xüsusi Əməliyyatlar Komandanlığının taktika və prinsipləri əsasında qurmaqda maraqlı görünür. Putinin özünə sadiq eks-şefə sərmayə qoyması ilə bağlı məlumatlar isə hətta Xüsusi Qüvvələr Komandanlığında ona qarşı həmrəylik yaradılması hərəkatına qarşı cavab kimi başa düşülə bilər.
Komandanlıq nöqteyi-nəzərindən həmin sözügedən Qüvvələr həm Baş Kəşfiyyat İdarəsi, həm də Müdafiə Nazirliyindən müstəqil bir qurumdur. Hərçənd, fərqli məlumatlar da mövcuddur, bununla belə, bu qurum müstəqillik komponentlərini daha çox özündə daşıyır.
Komandanlıq ən incə və mürəkkəb xüsusi əməliyyatları idarə edərək Rusiyanın hərbi iştirakını genişləndirmək istədiyi bir çox teatrda fəaliyyət göstərir. Rusiyanın Ukraynada işğal etdiyi ərazilərdən keçid edərək Kiyevin nəzarətində olan torpaqlara təxribat-diversiya edə biləcək professional qüvvələrə ehtiyacı yaranır. Bu mənada Putinə “dönük” çıxan “Vaqner”i əvəz edə biləcək qüvvə adı qeyd edilən Komandanlığın xüsusi təyinatlıları ola bilər".
Ekspert onu da vurğulayır ki, Putin Komandanlıqla Müdafiə Nazirliyi arasında koordinasiyanı bərkidən fiquru hakimiyyətin güc kürsüsünə gətirməklə bəzi məsələləri göstərə bilər:
"Ukraynada bir sıra ixtisaslaşdırılmış əməliyyatlar aparılacaq. Rusiyanın Ukraynada adi qüvvələr üçün xarakterik olmayan döyüş əməliyyatları və üsulları – kəşfiyyat, təxribat, terrorla mübarizə, əks-kəşfiyyat – tətbiq etmək planı mövcuddur.
Ancaq hələ nə Şoyqu, nə də Gerasimov istefaya göndəriliblər, nə də Dyumin müdafiə naziri təyin edilib. Ona görə də proseslərin dəqiqliklə aydınlaşan tərəfləri üçün bir qədər geniş informasiya və hadisələr lazımdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə