Hər il azı 1,4 milyard turist başqa ölkəyə səfər edir
19:33 14.07.2019
Gündəm
589
Şəhərlərin qədim mərkəzi və tarixi məhəllələri ilə hərəkət edən insan kütlələri, şəhərlərin əsas hərəkət yollarında tıxac yaradan səyahət avtobusları, bələdiyyələrə gecələmə üçün rüsum ödəməyən, lakin ətraf mühitə ağır zərbə vuran okean laynerləri, turistlərlə dolu dəniz çimərlikləri və tarixi abidələr qarşısında gözləmə sıraları hər ilin yay aylarında turizm mövsümünün tanış mənzərələridir. Kütləvi turist səfərləri ətraf mühitə böyük zərbə olsa da, dünya üzrə turistlərin sayı ildən ilə artmaqdadır.
AZƏRTAC xəbər verir ki, 2017-ci ildə dünyada azı 1,4 milyard insan turist kimi səyahətə çıxıb. Ümumdünya Turizm Təşkilatının (UNTWO) verdiyi məlumata görə, bu göstərici 2016-cı illə müqayisədə altı faiz artım deməkdir. Buraya həm fərdi, həm biznes səfərləri, eləcə də bir şəxsin il ərzində keçirdiyi bütün səfərlər daxildir.
Dünyanın ən çox səfər edilən beş turizm istiqamətindən üçü Avropada yerləşir. 90 milyon turistlə Fransa bu siyahıya başçılıq edir, sonrakı yerlərdə İspaniya (82 milyon), ABŞ (77 milyon), Çin (61 milyon) və İtaliya (58 milyon) gəlir. Araşdırmalara görə, turistlər son dövrlərdə indiyədək maraqlı olmayan istiqamətləri də kəşf etməkdədirlər. Belə ki, Yaxın Şərq, Şimali Afrika və Cənubi Saxara regionları yeni trendlər sırasındadır.
Beynəlxalq qurumun məlumatına görə, 1970-ci ildə beynəlxalq turistlərin sayı 166 milyon nəfər idisə, 2017-ci ildə təkcə Çindən xaricə səfər edən turistlərin sayı 143 milyon nəfər olub. Sonrakı yerdə 92 milyonla almanlar, 88 milyonla amerikanlar dayanır.
Turistlərlə yüklənmə hazırda bir çox şəhər və regionlarda ciddi problemə çevrilib. Barselonadan Venesiyaya kimi bir çox şəhərlər həddən ziyadə turizmə (overtourism) qarşı müxtəlif tədbirlər görür, əlavə vergi, məhdudiyyət və tarixi ərazilərə girişi qadağan etməklə turist axınını nizamlamağa çalışır. Turistlərin çoxluğu şəhərlərdə kirayə qiymətlərinin qalxması, mərkəzi küçələrdə sıxlıq və səs-küy, həmçinin yerli sakinləri narahat edir. Qlobal mobilliyin getdikcə artması, rəqəmsal xidmətlər və rəqabətin xüsusilə endirimli təkliflərə yol açması turist axınının gələcəkdə də davam edəcəyinə dəlalət edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya