Hər şey 15 dəqiqə içində oldu
Yusif Nəzərli
01:38 01.04.2022
Gündəm
909
Qarət şokundan özünə gələ bilmir
Son zamanlar karvan qarətçilərin sayı çoxalıb
Pandemiyanın karantin gerçəyi bir çox insanı təbiətlə baş-başa qalmağa sövq etdi. Karvan-avtomobillərə tələbat da beləcə artdı. Kimisi bacarığına güvənib avtomobilini karvana dönüşdürdü, kimisə də hazır karvan-avtomobil aldı və ya kirayələdi. Bu səbəbdən son 2 ildə karvan-avtomobillərə böyük maraq yaranıb. Karvan-avtomobillə Türkiyəni gəzən Kamil Yılmaz da pandemiyanın əlindən təbiətə sığınanlardan biridir.
Amma Kamil bu günlərdə gözlənilməz hadisə ilə qarşılaşıb. Onun karvanı qarət edilib. Bundan dərs alan Kamil Yılmaz indi karvan sahiblərinə “nəbadə hardasa nəzarətsiz buraxıb gedəsiniz, qayıtdıqda “evinizin” içini boşaldılmış görə bilərsiniz” deyə məsləhət verir.
“Şərq” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, Kamil Yılmaz son zamanlar karvan qarətçilərinin çoxaldığını deyib. K.Yılmaz uzun müddət karvanıyla Türkiyəni dolaşıb, sonra isə İrana səfər etmək qərarına gəlib. İran ərazisinə keçməzdən öncə Batmanda qalıb.
Oğru da onu burada yaxalayıb. Kamil “karvanın içindəkiləri əşyaların oğurlandığını biləndə sanki başımdan aşağı qaynar su tökdülər. Karvanımı şəhər mərkəzindəki avtomobil parkında saxlamışdım. Amma avto-parkın təhlükəsizlik kamerası yox imiş. Sadəcə, 15 dəqiqəlik avtomobilimdən ayrılmışdım. Qayıtdıqda, karvanın qarət edildiyini gördüm. Kompüterim, fotoaparat, dron pultu və enerjiyükləyici, İP telefonum, daha bir fotoaparat, hamısı oğurlanmışdı. Donub qaldım. Polisə getdim, məlum oldu ki, kamera qeydləri yoxdur, çünki avto-parkda təhlükəsizlik kameraları olmayıb. Barmaq izləri götürdülər. Bir gün sonra başqa bir dostumun karvanının da qarət edildiyini bildim”, deyib. K.Yılmaz hazırda İran ərazisində narahatlıqla dolaşdığını söyləyib:
“Təhlükəsizlik kamerası olan yerlərdə karvanı saxlayırıq. Ya da yanından ayrılmamağa çalışırıq. Güvəndiyimiz biri varsa ona əmanət edirik. Qarət şokundan hələ özümə gələ bilmirəm. Məsləhətim budur ki, avto-karvanı harda gəldi saxlamayın. Qiymətli, vacib əşyaları karvanın içində qoyub getməyin. Yanınızda, yol çantasının içində daşıyın. Ağır olsa da, narahat olsanız da, hər halda oğurlanmaqdan yaxşıdır”.
“Başına gələn başmaqçı” olar məsəlini xatırladan K.Yılmaz “oğrular karvanlara əsasən yan pəncərələrdən daxil olur. Ya pəncərələri itələyib açır, ya da sındırırlar. Karvana siqnalizasiya da quraşdırmaq olar.
Bu sistem qapı açıldıqda, karvana kənardan müdaxilə edildikdə və ya yerindən tərpədildikdə həyəcan siqnalı çalır”, deyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH Fars körfəzində supertankerin batırıldığını açıqlayıb
22:19 15.11.2026
Gündəm
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət