Hulusi Akar Yunanıstana xəbərdarlıq edib
Yusif Nəzərli
13:45 22.11.2021
Gündəm
288
“Biz heç bir halda hücum mövqeyində deyilik, oradakı haqlarımızı müdafiə edirik”.
“Report” xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Ege və Aralıq dənizindəki vəziyyət barədə danışarkən deyib.
O, Türkiyənin bütün addımlarının məntiqli və soyuqqanlı olduğunu nəzərə çatdırıb: “Biz belə davranarkən Yunanıstan təxribatçı hərəkətlər edir. Yunanıstan rəsmiləri sanki Türkiyənin Yunanıstana qarşı bir həmləsi var imiş kimi ifadələr işlədirlər, Türkiyənin işğalçı olması barədə rəy formalaşdırmağa çalışırlar. Ancaq əslində tarix də, indi baş verənlər də təcavüzkarın kim olduğunu aydın şəkildə göstərir”.
H.Akar Yunanıstan rəsmilərinin fikirlərinə sərt reaksiya verib: “Yunanıstan rəsmiləri tarixə, hüquqa və gündəlik həyata zidd olan fikirlər ortaya atırlar. Onlar insan haqlarından danışırlar. Ancaq Yunanıstan sahil mühafizəçilərinin müdafiəsiz mülki şəxslərin qayıqlarını dənizin ortasında batırmağa çalışmaları, atəş açmaları insanlıq əleyhinə böyük cinayət və vicdansızlıqdır. Belə bir mühitdə hadisələrin Türkiyəyə qarşı yönəldilməsi başa düşülən olsa da, bu, əxlaqi, hüquqi və real məsələ deyil. Bu, sırf ikiüzlülük və riyakarlıqdır”.
Qeyd edək ki, noyabrın 22-də H.Akar Türkiyə ordusunun rəhbərliyi ilə viodeokonfrans formatında müşavirə keçirib. Toplantıda Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər, Quru Qoşunlarının komandanı, ordu generalı Musa Avsever, Hərbi Dəniz Qüvvələrinin komandanı, admiral Adnan Özbal, Hərbi Hava Qüvvələrinin komandanı, ordu generalı Hasan Küçükakyüz və milli müdafiə naziri müavini Yunus Emre Karaosmanoğlu iştirak edib.
İclasda komandanlarla yanaşı, öıkə daxilindəki və xaricdəki birlik komandirləri davam edən fəaliyyətlər barədə məlumat veriblər. Müdafiə və təhlükəsizlik mövzuları kontekstində Aralıq dənizindəki proseslər, terrorçuluq və koronavirusla mübarizə gündəmə gətirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qorxulu iqlim ssenarisi üçün əsas yoxdur - Ekoloq
22:44 19.05.2026
Ekologiya
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
22:27 19.05.2026
Dünya
Fransa hərbi xərcləri 36 milyard avro artıracaq
22:06 19.05.2026
Dünya
"Meta" yeddi min işçisini süni intellekt bölməsinə keçirir
21:33 19.05.2026
Texnologiya
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə
WUF14 2028-ci ildə Mexikoda keçiriləcək
18:02 19.05.2026
Dünya