İran ABŞ ilə danışıqların bərpasını istəmədiyini açıqladı

İran ABŞ ilə danışıqların bərpasını xahiş etməyib və Donald Tramp öz bəyanatları ilə sadəcə neftin qiymətini aşağı salmağa çalışır.

Teleqraf xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik Komitəs nümayəndəsi, deputat Həsən Qaşqavi bəyan edib.

"D. Trampın İranın guya danışıqlar barədə xahişlə müraciət etməsi barədə iddiası heç bir şəkildə həqiqətə uyğun deyil. Onun təkrarlanan yalanı artıq bazarları hətta qısa müddətə də sakitləşdirməyə qadir deyil", – o qeyd edib.

Həsən Qaşqavi Amerika liderinə "düşdüyü bataqlıqdan çıxmaq üçün" daha effektiv yollar axtarmağı məsləhət görüb.