İran Böyük Britaniyanın ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarında iştirakına görə məsuliyyətə cəlb edilməsini tələb edib.
Sherg.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai bildirib.
Onun sözlərinə görə, ABŞ İrana qarşı hərbi əməliyyatlar zamanı Böyük Britaniyanın hərbi bazalarından istifadə edib və Londonun bu barədə açıqlamaları ölkənin əməliyyatlarda iştirakını təsdiqləyir. Bəqai həmçinin Böyük Britaniyanın İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanımasını beynəlxalq hüququn pozulması adlandırıb və Tehranın buna uyğun addımlar atacağını deyib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp iyulun 8-də İranla əldə olunan atəşkəs razılaşmasının qüvvədən düşdüyünü bəyan etmiş, bundan sonra ABŞ İrana qarşı bir neçə hərbi zərbə endirmişdi. İran isə cavab olaraq Yaxın Şərqdə yerləşən ABŞ bazalarına raket zərbələri endirmişdi.