İran məhkəməsi Fəridə yüngül cəza verəcək
09:20 04.08.2023
Gündəm
541
İttiham dəyişdirildi, növbəti addım onun azadlığa buraxılması ilə bağlı olacaq
İranda həbsdə olan Azərbaycan vətəndaşı Fərid Səfərliyə qarşı irəli sürülən ittiham dəyişdirilib. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, Təbrizdəki Baş konsulluğumuz tərəfindən Fərid Səfərli ilə görüşlər keçirilib, demək olar gündəlik əsasda onunla telefon vasitəsilə əlaqə saxlanılıb.
Fərid Səfərlinin valideyni ilə telefon əlaqəsi saxlamasına imkan yaradılıb: "Vətəndaşımızın hüquqlarının qorunması işinin təşkili ilə bağlı İran tərəfinə dəfələrlə edilmiş müraciətlərdən sonra İran qanunvericiliyinə və məhkəmə prosesinin tələblərinə uyğun olaraq, qarşı tərəfdən bir neçə vəkil barədə məlumat Təbrizdəki Baş konsulluğumuz tərəfindən Fərid Səfərlinin ailəsinə təqdim olunub. Azərbaycanda yaşayan vəkilin prosesə cəlb olunmasının İran qanunvericiliyində nəzərdə tutulmadığı bildirilib”.
Qeyd edək ki, İran tərəfinə məhkəmə iclaslarının keçirilmə tarixləri və Baş konsulluğumuzun rəsmilərinin iclaslarda iştirakı barədə sorğu ünvanlansa da, tərəfimizdən edilmiş bu müraciətlər İran tərəfindən cavablandırılmayıb və məhkəmə iclaslarında iştirak mümkün olmayıb. Bununla yanaşı, müraciətlərimizə baxmayaraq, təqsirləndirilən şəxs tərcüməçi ilə də təmin olunmayıb.
Eyni zamanda, müəyyən edilib ki, 19 iyul tarixində keçirilmiş məhkəmə iclası zamanı F.Səfərliyə qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub. Fərid Səfərlinin valideyninin oğlunu ziyarət etməsi üçün hazırda iş aparılır.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə "Sherg.az"a deyib ki, İranda qanunsuz olaraq həbs edilən azərbaycanlı gənc Fərid Səfərliyə qarşı irəli sürülən ittiham fars rejiminin çirkin niyyətinin təzahürüdür:
“Azərbaycanla İran arasındakı münasibətlərin gərginləşdiyi bir dövrdə İran tərəfi onu heç bir əsas olmadan saxlayıb, hökumətlə aparılan danışıqlarda ondan bir alver predmeti kimi istifadə etmək niyyəti güdürdü. Ona qarşı “casusluq” kimi ağır bir ittihamın irəli sürülməsində də məqsəd məhz bu idi. Təəssüflər olsun ki, bu hal ilk deyil. İran hər dəfə dövlətlər arasında gərginlik yaranan kimi Azərbaycan vətəndaşlarını həbs edib alver predmetinə çevirir.
Lakin son vaxtlar İranla Azərbaycan arasındakı soyuqluq nisbətən səngiyib və diplomatik danışıqlar davam etdirilir. Xüsusən də, İranın vəzifəli şəxslərinin ölkəmizə səfəri aradakı gərginliyin azalmasına xidmət edir. Elə bu günlərdə iki ildən artıqdır İranda qanunsuz həbs olunan azərbaycanlı xanımın Azərbaycana qaytarılması da bu istiqamətdə atılan uğurlu addımların nəticəsidir”.
Ç.Qənizadənin sözlərinə görə, Fərid Səfərliyə qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunması cəzanın sanksiya hissəsinə təsir edən amillərdən biridir. Sadəcə, İran yox, bütünlükdə dünya təcrübəsində “casusluq” kifayət qədər ağır ittiham sayıldığı üçün bu səbəbdən həbs olunan şəxslərin azadlığa buraxılması az qala mümkünsüz olur. Bu baxımdan Fərid Səfərliyə qarşı ittihamın yumşaldılması kiyafət qədər sevindirici xəbərdir. İnşallah, növbəti addım onun azadlığa buraxılması ilə bağlı olacaqdır. Amma reallığı danışsaq, İran məhkəməsinin Fəridə qarşı yüngül cəza tətbiq edəcəyini düşünürəm. Uzun müddətdir həbsxanada saxlanıldığı üçün onun qeyd-şərtsiz azad olunması və ya bəraət alması İran hüquq sisteminin çirkinliyinin etirafı olar. Çox güman məhkəmə tərəfindən olan yüngül bir cəza tətbiq ediləcək və sonrasında Azərbaycana təhvil veriləcək.
Dünyanın harasında olursa olsun, Azərbaycan dövləti heç bir vətəndaşının taleyinə laqeyd qalmır və daim onların hüquqlarının qorunması istiqamətində çox ciddi addımlar atır. Xanım vətəndaşımızın İrandan geri alınması, Fəridə qarşı irəli sürülən ağır ittihamın dəyişdirilməsi də məhz bu istiqamətdə atılan addımların nəticəsidir. Ümid edirəm, hər şey yaxşı olacaq!”.
Hüquq müdafiəçisi hesab edir ki, Fəridlə bağlı məsələ öz həllini tapdıqdan sonra Azərbaycan tərəfi bütün diqqətini İrandakı səfirliyimizdə törədilən terror aktının təfərrüatlarına və terrorçuların cəzalandırılmasına qarşı yönəltməlidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya
ABŞ və İran arasında dialoq yolu bağlandı
14:19 11.05.2026
Gündəm
Aİ Suriya ilə əməkdaşlıq sazişini tam şəkildə bərpa edib
14:10 11.05.2026
Dünya
Akif İslamzadənin vəziyyəti ilə bağlı OĞLUNDAN AÇIQLAMA
13:54 11.05.2026
Mədəniyyət
Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib
13:41 11.05.2026
Dünya
Ukrayna Putinin təklifini rədd etdi
13:33 11.05.2026
Gündəm
Suriya WUF13-də iştirak edəcək
13:26 11.05.2026
Siyasət
Gürcüstan yeni Katolikos-Patriarxını seçir
13:19 11.05.2026
Cənubi Qafqaz