İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazını “Yeni Amerika ərazisi” adlandırmasına reaksiya verib.
Teleqraf xəbər verir ki, İran rəsmisi Amerika liderini “illüziyaya qapılmaqda və sayıqlamaqda” ittiham edib.
“Şizofreniya düşüncə pozuntusu və reallığın təhrif olunmuş şəkildə qavranılması ilə özünü göstərən mürəkkəb və kəskin psixoloji pozuntudur. Onun ən geniş yayılmış əlamətləri isə illüziya və sayıqlamadır. Psixoloqlar belə xəstələrin 24 saat nəzarət altında saxlanılmasını və müalicə olunmasını tövsiyə edirlər”, - Qəribabadi bildirib.
ABŞ Prezidenti Donald Tramp son günlər “Truth Social”da bir neçə dəfə Hörmüz boğazının xəritəsini əks etdirən görüntülər paylaşıb. Xəritələrin yuxarı hissəsində “ABŞ-nin yeni ərazisi” ifadəsi yer alıb.