İtaliya Senatında COP29-un əhəmiyyətindən danışılıb
Yusif Nəzərli
23:36 22.10.2024
Gündəm
346
İtaliya Senatında Bakının noyabrda ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyasına hazırlıq prosesindən və konfransın əhəmiyyətindən söhbət açılıb.
AZƏRTAC xəbər verir ki, “COP29 – İqlim problemlərinə qarşı birgə fəaliyyət” adlı konfrans İtaliya Senatında İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, senator Marko Skurrianın təşəbbüsü və ölkəmizin İtaliyadakı səfirliyinin təşkilatçılığı ilə keçirilib. Konfransda senator Marko Skurria, Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov, İtaliya Senatında Avropa İttifaqı siyasəti komissiyasının sədri, senator Ciuliomaria Terzi Di Sant’Aqata, İtaliyanın Ətraf Mühit və Enerji Təhlükəsizliyi Nazirliyinin Avropa və beynəlxalq əlaqələr və davamlı maliyyə üzrə baş direktoru Alessandro Qerri, COP29-un adaptasiya və itki və zərər üzrə aparıcı danışıqçısı Elvin Əşrəfzadə, İtaliya hökumətinin iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi professor Françesko Korvaro iştirak ediblər.
Jurnalist Marita Lanqellanın moderatorluğu ilə keçirilən konfransda çıxış edənlər COP29-un əhəmiyyətindən danışıb, Qafqazda ilk dəfə Azərbaycanın belə bir mötəbər konfransa ev sahibliyi etməsinin böyük məsuliyyət və şərəf olduğu vurğulayıblar.
Senator Marko Skurria ölkəmizin COP29-a ev sahibliyi etməsinin İtaliya ilə ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə töhfə verəcəyini və Azərbaycanı daha yaxından tanımaq üçün əlavə imkan yaradacağını bildirib.
Səfir Rəşad Aslanov Azərbaycanın iqlim dəyişikliyi mübarizə istiqamətində gördüyü işlərdən danışıb, ölkəmizin bərpa olunan enerji mənbələri - külək və günəş enerjisi potensialından bəhs edib.
Senator Ciuliomaria Terzi Di Sant’Aqata İtaliya ilə Azərbaycan arasında əməkdaşlığın bəzi siyasi və iqtisadi aspektlərini vurğulayıb, bunun COP29-un formatındakı əhəmiyyətini qeyd edib.
Elvin Əşrəfzadə iqlim hadisələri ilə mübarizədə inklüziv yanaşmanın vacibliyini bildirib. O, COP29-un qlobal istiləşməni məhdudlaşdırmağa yönəlmiş 1,5 dərəcə hədəfinə və Paris İqlim Sazişinin hədəflərinə nail olmaqdakı əhəmiyyətini vurğulayıb.
Alessandro Qerri isə iqlim məsələlərində İtaliyanın mövqeyi barədə məlumat verib, Azərbaycanın COP29-a yanaşmasını yüksək qiymətləndirib, bunun İtaliya-Azərbaycan münasibətlərindəki əhəmiyyətini qeyd edib.
Professor Françesko Korvaro iqlim dəyişikliyi ilə bağlı müddəalardan, COP29-un imkanlarından və çağırışlardan söhbət açıb. O, danışıqları dəstəkləyən azsaylı ölkələrdən biri kimi ilk dəfə İtaliyanı seçdiyinə görə Azərbaycana təşəkkürünü bildirib və bu seçimin ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini deyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kadir İnanırın vəsiyyəti açıqlandı
22:19 29.06.2026
Şou
Yapon yeni dollara qarşı son 40 ildə ən aşağı səviyyəyə enib
22:04 29.06.2026
İqtisadiyyat
“Mançester Siti”nin yeni baş məşqçisi bəlli oldu
21:34 29.06.2026
Futbol
Katz: İsrail sabah İranla müharibəyə başlaya bilər
21:17 29.06.2026
Dünya
Sabah bu ərazilərdə qaz olmayacaq
20:46 29.06.2026
Cəmiyyət
“Maykl” filmi qlobal kassada rekord qırdı
20:24 29.06.2026
Şou
Ermənistanda bəzi qüvvələr Rusiyanı ləkələyir - Qaluzin
20:00 29.06.2026
Region
Nazir: Kibertəhlükəsizlik istiqamətləri 58 təşəbbüsü əhatə edir
19:53 29.06.2026
Siyasət
Nağd pul dövrü bitir: Naxçıvan rəqəmsal nəqliyyata keçir
19:36 29.06.2026
Ölkə
“Fənərbağça” Qrinvud üçün rəsmi təklif göndərdi
19:12 29.06.2026
Futbol
“Mançester Siti”nin yeni baş məşqçisi məlum olub
18:53 29.06.2026
Futbol
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
18:37 29.06.2026
Futbol