Komitə haqlıdır: Məcburi köçkün verilən evdə yaşamırsa...
Banuçiçək Kalbalıyeva
12:09 17.02.2020
Gündəm
679
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 70-dən çox məcburi köçkün ailəsinə verilən mənzilin geri qaytarılması üçün məhkəməyə müraciət edib. Bu barədə Dövlət Komitəsinin Aparat rəhbəri Eldar Zeynalov bildirib. Onun sözlərinə görə, məcburi köçkün ona verilən mənzildə yaşamadığı halda həmin ev geri alınaraq orada başqa məcburi köçkün ailəsi yerləşdirilir.
Məsələ ilə bağlı Sherg.az-a fikirlərini bildirən millət vəkili Elman Məmmədov vurğulayıb ki, burada qeyri-qanuni heç nə yoxdur:
“Məcburi köçkünlərin sosial rifahının yaxşılaşdırılması dövlətin prioritetlərindən biridir. Onlara mənzillərin verilməsi də bu istiqamətdəki əsas addımlardandır. Mən həmişə məcburi köçkünlərin tərəfindəyəm. Ancaq ailələr həmin evlərdə yaşamırlarsa, deməli, buna ehtiyacları yoxdur. Elə isə evlərin başqa köçkün ailələrinə verilməsi daha məqsədəuyğundur. Onu da deyim ki, bu il 7 min köçkün ailəsinə ev verilməsi planlaşdırılıb. Məcburi köçkünlərin rifahının yaxşılaşdırılması əvvəl və indi olduğu kimi, gələcəkdə də diqqətdə saxlanılacaq”.
E.Məmmədov həmçinin bildirib ki, evlər köçkün ailələrdən alınarkən ciddi araşdırma aparılır:
“Bu məsələyə səthi yanaşılmır. “Qaçqınkom”un yanında xüsusi komissiya fəaliyyət göstərir. Həmin komissiya köçkün ailələrin iştirakı ilə araşdırma aparır. Alilələrin illərlə həmin evlərdə yaşamadığı müəyyənləşdikdən sonra mənzillər əllərindən alınaraq, başqa köçkünlərə verilir. Yeganə məqsəd isə köçkünlərin həyat şəraitini daha da yaxşılaşdırmaqdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Parlamentari: Azərbaycan WUF-13-ə böyük uğurla ev sahibliyi etdi
21:13 24.05.2026
Aktual
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya
SEPAH Hörmüz boğazından 33 gəminin keçidinə icazə verdi
18:05 24.05.2026
Region
Makron və Lukaşenko telefon danışığı aparıblar
17:48 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında gərginlik: Polis binaya daxil oldu
17:16 24.05.2026
Dünya
İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ
16:59 24.05.2026
Ekologiya
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol