Latviyanın Baş prokuroru ölkəmizdə səfərdədir
18:05 12.06.2024
Gündəm
387
Baş prokuror Kamran Əliyevin dəvəti ilə Latviyanın Baş prokuroru Yuris Stukansın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə işgüzar səfərə gəlib.
“Qafqazinfo” xəbər verir ki, öncə nümayəndə heyəti Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub, eləcə də görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib.
Baş Prokurorluqda keçirilmiş görüşdə qonaqları səmimi salamlayan Baş prokuror ölkələrimiz arasında tarixən mövcud olan əlaqələrin uğurla inkişaf etdiyini qeyd edərək hüquqi əməkdaşlığın genişlənməsinin vacibliyini vurğulayıb. Kamran Əliyev ötən ilin fevral ayında Riqaya işgüzar səfərini və latviyalı həmkarları ilə keçirdiyi görüşləri məmnuniyyətlə xatırladığını bildirib.
Baş prokuror Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi strateji kursun və dövlət siyasətinin prioritetlərinə uyğun olaraq ölkəmizdə hüquq qaydasının möhkəmləndirilməsi və qanunun aliliyinin təmin olunması istiqamətində aparılan islahatlar, həmçinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə bərpa olunduğu, dövlət başçısının və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə Qarabağda sürətli bərpa və quruculuq işlərinin aparılması barədə həmkarına məlumat verib.
Səfərə dəvətə və səmimi qəbula görə təşəkkürünü bildirən Yuris Stukans ölkəmizin dinamik inkişafının canlı şahidi olmaqdan məmnun olduğunu bildirib. Qonaq prokurorluq orqanlarımız arasında əlaqələrin inkişaf etdirilməsində maraqlı olduqlarını qeyd edib.
Görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlər, o cümlədən korrupsiyaya qarşı mübarizə, çirkli pulların yuyulması və digər sahələrdə törədilmiş cinayət işləri üzrə hüquqi yardım və aktivlərin bərpası haqqında sorğuların icrası, həmçinin qurumlararası əlaqələrin inkişaf etdirilməsi məqsədilə yaxın gələcəkdə Anlaşma Memorandumunun imzalanması müzakirə olunub.
Görüşdə Latviyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Edqars Skuya iştirak edib.
Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan Koçaryandan danışıb: Hamısı həbs olunacaq
19:18 02.07.2026
Cənubi Qafqaz
Xalq şairi Nəriman Həsənzadənin son durumu açıqlandı
18:37 02.07.2026
Ədəbiyyat
Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb
18:00 02.07.2026
Siyasət
Azərbaycan HHQ komandanı Türkiyədə səfərdədir
17:52 02.07.2026
Hərbi
Dəməşqdə kafedə partlayış baş verib - Ölən və yaralananlar var
17:40 02.07.2026
Gündəm
Ukrayna ilk dəfə öz ballistik raketindən istifadə etdi
17:33 02.07.2026
Dünya
İnternet sürətində sıçrayış gözlənilir
17:33 02.07.2026
Texnologiya
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edildi
17:18 02.07.2026
Hərbi
Pistorius: Ukraynadakı müharibə həlledici mərhələyə daxil olub
17:11 02.07.2026
Dünya
Suriya və Livan arasında razılaşma imzalanıb
17:04 02.07.2026
Dünya
Polşa və Ukrayna XİN başçıları Varşavada görüşəcək
16:57 02.07.2026
Gündəm
Səhiyyə nazirinin müavinlərinin sayı artırıldı
16:43 02.07.2026
Gündəm
Aralıq dənizində 5,3 bal gücündə zəlzələ olub
16:03 02.07.2026
Hadisə
Moskva vilayətində dron təhlükəsi elan edilib
16:02 02.07.2026
Dünya