Rusiyanın xarici işlər naziri Sergey Lavrov və onun iranlı həmkarı Abbası Əraqçi arasında telefon danışığı olub.
APA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.
Lavrov Rusiyanın deeskalasiya ilə bağlı prinsipial mövqeyini xatırladıb.
O, Moskvanın İran və onun regiondakı qonşularının təhlükəsizlik maraqlarını nəzərə alaraq münaqişənin siyasi-diplomatik həllinə kömək etməyə hazır olduğunu vurğulayıb.