Litva ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliffin Moskvaya səfəri barədə əvvəlcədən məlumatlandırılıb.
Teleqraf xəbər verir ki, bu barədə Litva Prezidenti Gitanas Nauseda bildirib.
Nauseda jurnalistlərin Vilnüsün Amerika kəşfiyyat rəisinin səfərindən xəbərdar olub-olmadığı ilə bağlı sualına cavab olaraq "Bəli, bilirdik", - deyə bildirib.
Prezident Ratkliffin Moskvadakı danışıqlarının məzmununu açıqlamaqdan imtina edib.
O, C.Ratkliffin Rusiya nümayəndələri ilə görüşünün bölgədəki geosiyasi gərginliyin azaldılmasına kömək edə biləcəyini söyləyib: "Bu, məndə müsbət hisslər yaradır".