Litva Ukraynaya “NASAMS” zenit-raket kompleksləri göndərmək niyyətindədir

Litva hökuməti Ukraynaya hərbi yardım çərçivəsində “NASAMS” zenit-raket kompleksləri göndərmək niyyətindədir.

APA xəbər verir ki, bu barədə Litva Prezidenti Gitanas Nauseda “Facebook”da yazıb.

Qeyd edək ki, Litva lideri ukraynalı həmkarı Vladimir Zelenski ilə NATO-nun 11-12 iyul tarixlərində Vilnüsdə keçiriləcək sammitinin gündəliyini, Ukraynanın Şimali Atlantika Alyansına və Avropa İttifaqına qəbulu perspektivlərini müzakirə etmək üçün Kiyevə səfərə gedib.

Səfər çərçivəsində Nauseda ölkəsinin iki “NASAMS” zenit-raket kompleksini Ukraynaya ötürmək niyyətində olduğunu bildirib:

“Yaxın zamanda onlar Ukraynaya veriləcək”, - Litva Prezidenti qeyd edib.