Venesuela lideri Nicolas Maduronun ABŞ-da tutulduğu zaman geyindiyi gri idman geyimi sosial mediada sürətlə viral olub. Paylaşımın ardından geyim çox qısa müddətdə tükənib və ikinci əl bazara çıxarılıb. Sosial media istifadəçiləri bunu yumorla qarşılayaraq, “ilin ən populyar geyimi” adlandırıblar.
Sherg.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp əməliyyatı elan etmək üçün paylaşdığı fotoda Maduronun gözləri bağlı, əlbəyaxlı və qulaqcıqlı şəkildə görünürdü. Lakin istifadəçilərin diqqətini əsasən üzərindəki gri idman geyimi çəkib.
Foto paylaşımından sonra eyni geyim ABŞ-dakı onlayn mağazalarda saniyələr içində tükənib. Normal qiyməti təxminən 130 dollar olan geyim ikinci əl satış saytlarında ikiqat qiymətə çıxıb. Sosial mediada bəzi istifadəçilər isə “Bu həftəsonu marketə bu geyimlə çıxacağam, ilin ən populyar geyimi artıq bəllidir” kimi şərhlər yazıblar.
Xatırladaq ki, ABŞ xüsusi qüvvələrinin şafak əməliyyatı nəticəsində Maduro və həyat yoldaşı Cilia Flores Venesueladan çıxarılıb. ABŞ Prezidentinin açıqlamasına görə, əməliyyat “son dərəcə uğurlu” olub və hərbi birləşmələr tərəfindən diqqətlə planlaşdırılıb.
ABŞ Ədliyyə Naziri Pam Bondi isə Maduro və Floresin ABŞ-da, 2020-ci ildə hazırlanan ittiham aktı üzrə məhkəmədə cavab verəcəyini açıqlayıb. Bondi sosial mediada yazıb ki, cütlük “Amerika torpağında, ABŞ məhkəmələrində ədalətlə üzləşəcək”.