"Makron alyansa Türkiyənin rəhbərlik etməsinə qarşıdır"
Yusif Nəzərli
14:06 22.06.2023
Gündəm
400
Yens Stoltenberq Şimali Atlantika Alyansının Baş katibi postunda qalacaq.
Bunu Böyük Britaniyanın müdafiə naziri Ben Uolles “Economist” nəşrinə müsahibəsində deyib.
Onun sözlərinə görə, ABŞ Yens Stoltenberqin NATO-nun Baş katibi postunda qalmasını istəyir. NATO-nun növbəti baş katibi alyansda həll edilməyən çox sayda problemlərlə qarşılaşacaq.
“Yens Stoltenberqin xələfi həm Fransa Prezidenti Emmanuel Makronu, həm də ABŞ-ın dövlət başçısı Cozef Baydeni qane etməlidir”, - deyə britaniyalı nazir əlavə edib.
“Economist” yazır ki, Ben Uolles yaxın vaxtlara qədər bu vəzifədə Yens Stoltenberqi əvəzləyəcəyinə ümid edirdi. ABŞ isə NATO-nun Baş katibi vəzifəsində çox güman ki, Niderlandın Baş naziri Mark Ryutteni görmək istəyərdi, lakin o, artıq iki dəfə bu təklifdən imtina edib.
Xatırladaq ki, NATO-nun baş katibi postunu ənənəvi olaraq Avropa ölkələrindən olan siyasətçi tutsa da, onun namizədliyi Ağ ev tərəfindən pərdəarxası təsdiqlənir.
Stoltenberqi əvəzləyəcək çox sayda peşəkar ictimai-siyasi və hərbi kadrların olduğunu deyən siyasi şərhçi Elşən Məcidov “Sherg.az”a açıqlayıb ki, məsələ bir o qədər peşəkarlıqda yox, alyans daxilində siyasi ixtilaf, intriqa və rəqabətdədir:
“Fransa son illər NATO daxilində destruktiv siyasəti ilə seçilir. Fransanın Qərb ölkələri içərisində iki əsas rəqibi Böyük Britaniya və Türkiyədir. Hətta buna qədər belə bir məlumat yayılmışdır ki, guya sabiq baş nazir Boris Conson NATO-nun baş katibi seçilə bilər. Lakin Makron həm Consonun, həm də Britaniya və Türkiyədən kiminsə Alyansa rəhbərlik etməsinə qarşıdır. Başa düşdüyümüz kimi rəsmi Ankara ilə London da Parisin destruktiv və alyansın ümumi maraqlarına zidd addımlarından narazı olub. Fransa tərəfindən irəli sürülən namizədləri rədd edirlər. Belə şəraitdə əgər tərəflər müəyyən bir namizəd üzrə razılığa gələ bilsələr Stoltenberq öz vəzifəsini yeni şəxsə ötürəcək. Razılıq əldə edilməyəcəyi təqdirdə isə Stoltenberqin daha bir müddət vəzifəsində qalacağı ehtimal olunur”.
Qeyd edək ki, Yens Stoltenberq 2022-ci il oktyabrın 1-də öz postunu tərk etməli idi. Lakin NATO-ya üzv ölkələrin namizəd barədə fikir ayrılığı səbəbindən onun mandatı 2023-cü il sentyabrın 30-dək uzadılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm
Hərbi xidmət: 6 ay, ödənişli, həm də... - Mühüm
14:13 16.09.2026
Aktual
Sumqayıtda dənizdə meyit tapıldı
14:06 16.09.2026
Hadisə
Putin Dumaya seçkilərlə bağlı Rusiya vətəndaşlarına müraciət edəcək
14:04 16.09.2026
Dünya
Rusiyanın Su-24 təyyarəsi məhv edildi
14:02 16.09.2026
Dünya
Livan Prezidenti: İsraillə razılaşmaq istəyirik
13:53 16.09.2026
Dünya
Abbas Əraqçi: ABŞ ilə münaqişəni davam etdirmək istəmirik
13:38 16.09.2026
Gündəm
Aİ Kanadaya blokun ilk assosiativ üzvü olmağı təklif edib
12:47 16.09.2026
Gündəm
5 yaşlı uşağın faciəli ölümü: Boğazında oyuncaq qaldı
12:21 16.09.2026
Hadisə
Qadınlar niyə kişilər kimi həmrəylik göstərə bilmir?
11:57 16.09.2026
Cəmiyyət
Məkkəyə hücumun qarşısı alındı
11:50 16.09.2026
Dünya
Medvedçuk: “Sadə avropalılar Rusiya ilə müharibə istəmir”
11:33 16.09.2026
Dünya