Malatyada 5,6 maqnitudada zəlzələ olub, dağıntılar var 

Türkiyənin Malatya əyalətinin Yeşilyurt rayonunda 5,6 maqnitudada zəlzələnin baş verməsi nəticəsində binalar aşıb.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə yerində axtarış-xilasetmə briqadası işləyir.

Məlumata görə, zəlzələnin episentri 6,9 km dərinlikdə yerləşib.

Bildirilib ki, yeraltı təkanlar Kahramanmaraş, Adıyaman, Elazığ və başqa yaxın rayonlarda hiss edilib.