Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib
14:41 17.07.2023
Gündəm
428
Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib, qanunvericiliyə müvafiq olaraq tələb olunan səs çoxluğunu toplamış 3 namizəd İctimai Şuranın üzvü seçilib.
Bu barədə "Report"a nazirlikdən məlumat verilib.
Qeyd olunub ki, üzv seçilənlər Yolçuyev Əkbər Mehdi oğlu, Mustafayeva Samirə Vəli qızı, Qədirov Vuqar Kərim oğlu olub.
Seçkilərə 26 namizəd qatılıb. İctimai Şuranın 9 nəfərdən ibarət tərkibdə fəaliyyət göstərməsi qərarlaşdırıldığından boş qalan 6 yer üçün 20 iyul 2023-cü il tarixdə saat 11:00-dan 14:00-dək Beynəlxalq Muğam Mərkəzində namizədliyi qeydə alınmış şəxslər arasında təkrar seçkilər keçiriləcəkdir.
Təkrar seçkidə ilkin seçkilər üçün qeydiyyata alınmış vətəndaş cəmiyyəti institutlarının təmsilçilərinin seçici qismində iştirakları nəzərdə tutulub.
Səsverməyə gələn zaman şəxsiyyət vəsiqənizi (yaxud şəxsiyyətinizi təsdiq edən digər sənəd) özünüzlə götürməyiniz xahiş olunur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə