MEDİA qəzet və saytlara dəstək layihəsi ilə bağlı müsabiqənin nəticələrini açıqlayıb

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən çap mediası və onlayn media subyektlərinə (veb-saytlara) dəstək layihəsi çərçivəsində elan edilmiş müsabiqənin nəticələri açıqlanıb.

Bu barədə "Sherg.az"a MEDİA-dan məlumat verilib.

Belə ki, ictimai siyasi məzmunlu 33, idman məzmunlu isə 6 onlayn media subyekti (veb-sayt) müsabiqənin qalibi elan olunub.