Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial media hesabında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı paylaşım edib.
AZƏRTAC xəbər verir ki, paylaşımda qeyd olunub:
"Heydər Əliyev – 103. Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır. Xatirimizdədir, sevgi ilə anırıq".