Meksikada COP29-a həsr edilmiş tədbir keçirilib
Yusif Nəzərli
22:11 28.10.2024
Gündəm
436
Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov Meksika Mühəndis Həmkarlar İttifaqı Milli Birliyinin (Unidad Nacional de Asociaciones de İngenieros) təşkilatçılığı ilə təşkil edilmiş tədbirdə ölkəmizin COP29-a ev sahibliyi mövzusunda məruzəçi kimi çıxış edib.
Sherg.az xəbər verir ki, Meksikanın ətraf mühit naziri Alisia Barsenanın iştirakı ilə keçirilən tədbirdə çıxış edən səfir ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29- a ev sahibi seçilməsini məmnunluqla xatırladıb. Bunun bəşəriyyətin ən mühüm problemlərdən biri olan iqlim dəyişikliyi ilə bağlı milli, regional və qlobal səviyyədə mübarizə səylərində Azərbaycanın liderliyinin bariz nümunəsi olduğunu bildirib.
Azərbaycan yaşıl inkişafı əsas inkişaf prioritetinə çevirdiyini bildirən diplomat cari ilin “Yaşıl Dünya üçün Həmrəylik İli” elan edildiyini, bu gün Azərbaycanın yaşıl enerjiyə keçiddə regional lider olduğunu, son illərdə ölkə daxilində yaşıl layihələrə üstünlük verildiyini, azad edilmiş ərazilərdə ağıllı şəhərlər və kəndlər yaradılması istiqamətində böyük işlər görüldüyünü, Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının, habelə Naxçıvan Muxtar Respublikasının 2050-ci ilə qədər xalis sıfır emissiya zonaları olacağını, 2030-cu ilə qədər isə ölkənin ümumi enerji balansında bərpa olunan enerji üzrə qoyuluş gücü payının ən azı 30 %-ə çatdırılacağını vurğulayıb.
Diplomat iqlim dəyişikliyinin nə dərəcədə aktual məsələ olduğunu, iqlim dəyişikliyinin heç bir sərhəd tanımadığını, bütün ölkələrə təsir göstərdiyini xatırladaraq bu qlobal problemin effektiv həlli üçün beynəlxalq əməkdaşlığın zəruriliyindən söz açıb. Səfir həm hökumət, həm də qeyri-hökumət təşkilatlarını COP29 sədrliyi tərəfindən irəli sürülmüş qlobal təşəbbüslərə qoşulmağa çağırış edib.
Tədbirdə çıxış edən Meksika ətraf mühit naziri A.Barsena Meksika hökumətinin iqlim dəyişikliyi ilə bağlı gördüyü işlər və COP29-dan gözləntilər barədə danışıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH Fars körfəzində supertankerin batırıldığını açıqlayıb
22:19 15.11.2026
Gündəm
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət