Məktəblərdə “8 marta hazırlıq” başlayır: Pul yığılması ənənəsini elə valideynlər özləri yaradıblar
Banuçiçək Kalbalıyeva
12:49 26.02.2020
Gündəm
845
8 Mart - Beynəlxalq Qadınlar günü yaxınlaşır. Artıq illərdir ki, bu əlamətdar günə orta məktəblərdə “xüsusi hazırlıq” görülür. Valideynlər müəyyən məbləğdə pul yığaraq qadın müəllimləri təbrik edirlər. Məgər təbrik ancaq beləmi olmalıdır? Nədir bu tendensiyanın səbəbi? Niyə valideynlər məcbur qalıb övladlarının boğazından kəsərək müəllimlərə pul verməlidirlər?
Məsələ ilə bağlı Sherg.az-a danışan jurnalist- sosioloq Lalə Mehralı deyir ki, bu “ənənənin” əsasını elə valideynlər qoyublar:
“Bu mövzu hər il müzakirə olunur. Hamı bilir ki, konkret məsələdə həmişə valideynlər təşəbbüs göstərirlər. Əlbəttə, müəllimi bir buket güllə də təbrik etmək mümkündür. Lakin ortabab buketin qiymətinin 30 manat olduğunu nəzərə alsaq, valideynlər bu, varianta üstünlük vermirlər. Çünki gül ən çoxu bir neçə gündən sonra solur və atılır. Ona görə də valideynlər həmin pulu konvertdə müəllimə təqdim etməyin daha yaxşı olduğunu düşünürlər. Bir ana kimi mən də fikirləşirəm ki, nəticədə müəllimin övlada olan diqqəti daha da artır. Lakin jurnalist və sosioloq kimi tam əks mövqedəyəm. Gərək müəllimlərin maaşları kifayət qədər çox olsun ki, onlar valideynlərdən heç nə gözləməsinlər”.
Hədiyyənin böyüyü, kiçiyi olmadığını deyirlər. Amma, deyəsən, bu misal orta məktəb müəllimlərinə aid deyil. Sosioloqun fikrincə, əlamətdar günlərdə müəllimlərə pul vermək artıq bir növ dəb halını alıb:
“Əlbəttə, müəllimlərə kitab, ətir və ya gül buketi də hədiyyə etmək olar. Amma gəlin, görək, bütün müəllimlər kitabı, gülü qəbul edirlərmi? Əfsuslar olsun ki, yox. Ona görə də imkanı olan valideynlər müəllimlərə pul verirlər. Öz ailəsini zorla dolandıranlar da “qonşudan geri qalma” prinsipi ilə bu addımı atırlar. Əks halda müəllimlərin onların övladlarını, necə deyərlər, gözüm çıxdıya salacaqlarını bilirlər”.
Müşahidələr göstərir ki, müəllimlər üçün pul yığılanda valideyn komitəsinin sədri xüsusi “canfəşanlıq” göstərir. Nə üçün hər valideyn özü fərdi qaydada müəllimi təbrik etmir? Bu suala cavab verən jurnalist artıq vəziyyətin nisbətən düzəldiyini deyir:
“İnid elə vəziyyət yaranıb ki, hər valideyn müstəqil qaydada müəllimlə üsniyyətə girə bilər. Lakin məsələ ondadır ki, valideynlərin imkanı, zövqü eyni deyil. Müəllimlər də bir çox hədiyyəni bəyənmirlər. Bu səbəbdən də valideynlər məcbur olub eyni miqdarda pul yığaraq vahid qərar verirlər. Bu iş isə valideynlər komitəsinin sədrinə həvalə olunur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Abbas Əraqçi Hakan Fidanla raket hücumu barədə danışdı
15:35 23.03.2026
Gündəm
Albaniyada hökumət binasına hücum edildi
15:22 23.03.2026
Dünya
XİN Pakistan xalqını təbrik edib
14:14 23.03.2026
Siyasət
ABŞ İranda quru əməliyyatına başlasa... - Rudenko
13:52 23.03.2026
Dünya
Fransanın sabiq Baş naziri vəfat edib
13:20 23.03.2026
Dünya
Çin lideri İlham Əliyevi təbrik edib
13:07 23.03.2026
Rəsmi
Müctəba Xameneinin son durumu açıqlandı
13:00 23.03.2026
Dünya
Əli Laricanin məzarının şəkli yayılıb
12:52 23.03.2026
Region
Zülfiqaridən Trampa: Sən işdən çıxarıldın!
12:44 23.03.2026
Dünya
Saba 23 dərəcə isti olacaq
12:36 23.03.2026
Ekologiya
İran Körfəzi minalayacağı ilə hədələyib
12:20 23.03.2026
Region
Terapevt: Bayramdan sonra balanslı qidalanmaya keçidin vacibdir
12:07 23.03.2026
Sağlamlıq
Rusiyanın ən böyük neft terminalından biri vuruldu
11:59 23.03.2026
Dünya
“Bəsic”in Şiraz komandiri öldürüldü
11:49 23.03.2026
Ekologiya
Lənkəranda qaçaqmalçılıqla gətirilmiş 12 kq marixuana aşkarlanıb
11:40 23.03.2026
Hadisə