“Mənim kralım deyilsən!”
15:27 07.07.2023
Gündəm
348
İngiltərə kralı çətin vəziyyətə düşdü
Böyük Britaniya Birləşmiş Krallığının yeni kralı, may ayında Londonda düzənlənən rəsmi tacqoyma mərasimi ilə kral taxtına əyləşən Kral III Çarlz Şotlandiyada etirazlarla qarşılanıb. Kral Çarlz adətə uyğun olaraq Şotlandiya tacını da qəbul etməsi üçün Edinburqa səfər edib. Lakin burada o, pis bir sürprizlə qarşılaşıb. Kralın hərəkət etdiyi küçələrdə üzərində “Mənim kralım deyilsən” yazılmış plakatlar qaldırılıb və etirazçılar bunu ucadan səsləndiriblər. Əslində bu tacqoyma mərasimi formal xarakter daşıyır. Krala tac təqdim olunsa da başa qoyulmur. Giles Kilsəsində düzənlənən tədbirdə kralın həyat yoldaşı, kraliça Camilla, vəliəhd şahzadə Uilyam və şahzadə Ket Middleton da iştirak edib. Tacqoyma mərasimində kral tərəfdarları və onu sevənlərlə yanaşı etirazçılar da olub. Onların etirazları mərasimin xoş ovqatına xələl gətirib. Etirazçılar həm də “acları doyurun”, “Monarxiyanı ləğv edin”, şüarları səsləndiriblər. Etirazlarda 2 qadının saxlandığı bildirilir. Qeyd edilir ki, kraliça Yelizabetin vəfatından sonra İngiltərədə monarxiyanın saxlanmasının tərəfdarları 60 faiz olduğu halda, Şotlandiyada bu göstərici 45 faizdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya