Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliff Ukrayna Prezidenti Volodimir Zelenski ilə İrlandiyanın Şannon hava limanında görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” məlumatlı iki mənbəyə istinadən xəbər yayıb.

Mənbələrdən birinin sözlərinə görə, görüş sentyabrın 21-də baş tutub. Digər mənbə bildirib ki, Retkliff və Zelenski təyyarələrinin yanacaqla doldurulması zamanı söhbət ediblər.

Mənbələr görüş zamanı müzakirə olunan məsələlərin təfərrüatını açıqlamayıblar.