“Mətbuatda deputatları elə günə qoyurlar ki...” - Aqil Abbas
09:26 24.06.2023
Gündəm
303
Aqil Abbas bildirib ki, danışmağa qorxurlar
Millət vəkili Aqil Abbas parlamentin iclasında Ağdam və Ağcabədidə məhsulunu dolu vuran insanlara yardım edilməsini təklif edib. Bildirib ki, Ağdamı, Ağcabədini dolu vurub, camaatın əziyyətlə yetişdirdiyi məhsul məhv olub: "Hər yerdə sığorta ilə bağlı maarifləndirmə işləri aparılır, amma camaat sığortalanmaq istəmir. Ağdamdan, Ağcabədidən mənə zənglər edirlər. Mən də onlara deyirəm niyə sığorta olunmamısan ki, dövlət də indi sənə sığorta versin. Üzümü tuturam Əli Əsədova. Camaat 10-15 min ziyana düşüb. Onlar səhv edib, sığorta etdirməyiblər. Bəs bunlar nə etsin?! Bu əhaliyə heç olmasa az miqdarda da olsa, əl tutsunlar. Yoxsa o camaat qaçıb Bakıya gələcək. Büdcəni təsdiq edəndə də gördük ki, dövlətimizin bu imkanı var. Onların evləri də dağılıb, şiferləri qırılıb. Bir əmim oğlu var, başına nə boyda dolu düşübsə, aparıblar xəstəxanaya. Görün nə boyda dolu yağıb. Hörmətli Əli müəllim, siz Söyüdlü üçün komissiya yaratmısınız, birini də bu Ağdam, Ağcabədi üçün yaradın”.
Deputat bildirib ki, danışmağa qorxurlar: “Mətbuatda deputatları elə günə qoyurlar ki, nə desək, hər şey bizim əleyhimizə istifadə edilir. Nə danışsaq, sosial şəbəkələrdə deputatın təhqir olunması, söyülməsi üçün istifadə edirlər”.
Sədr Sahibə Qafarova isə deyib ki, bu zalda oturan heç bir deputat danışmaqdan qorxmayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə