MİDA-nın işinə NİDA qoyun, CƏNABLAR!
Yusif Nəzərli
15:33 30.03.2022
Gündəm
891
Natiq Cəfərli: “500 mənzilin bir neçə saniyəyə satılması inandırıcı deyil”
“Ehtimalən, həmin mənzillər öncədən rəsmiləşdirib, sadəcə portalda görünməsi texniki cəhətdən həyata keçirilib”
Elçin Bayramlı: “MİDA rəhbərliyinin həbs olunması üçün kifayət qədər konkret əsaslar və faktlar var”
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tikib satışa çıxardığı Yasamal yaşayış kompleksinin ikinci mərhələsi bu gün başa çatıb. Mənzil almaq istəyən şəxslər sosial şəbəkədə qarşılaşdıqları qeyri-adekvat və qeyri şəffaf vəziyyəti bölüşüblər. Şikayətlərdə MİDA-nın satışa çıxardığı Yasamal yaşayış kompleksində 442 mənzil 4-5 saniyəyə satıldığı vurğulanır. Seçimdə iştirak edənlər bu hala şübhə ilə yanaşırlar.
Feysbuk istifadəçiləri, ictimaiyyət nümayəndələri, jurnalistlər də MİDA-nın yaratdığı yeni "möcüzə"yə ironik və tənqidi statuslarla şərh paylaşıblar.
Jurnalist Elmir Muradov:"MİDA-nın güzəştli mənzillərindən ala biləcəyini düşünənlərin saflığından istəyirəm".
Jurnalist Əzizə İsmayılova:"Deyir, mən “siçan”ı hərrəyincə 5 saniyə keçdi. Adə, biraz cəld oynayın da".
Jurnalist Tural Tağıyev: "Mənim balam, bizim dövrümüzdə 5 saniyəyə 500 mənzil satılardı"- 50 il sonra nəvəmə gopa basarkən mən".
Ekspert-jurnalist Elçin Bayramlı:"500 mənzili 0,5 saniyədə satan və alanları Ginnesin kitabına daxil etmək lazımdır:
“MİDA rəhbərliyinin həbs olunması üçün kifayət qədər konkret əsaslar və faktlar var. Total korrupsiya və sabotaj əməliyyatı həyata keçirilib".
Jurnalist Bəxtiyar Firuzə də yaşanan halla bağlı açıqlamasında aşağıdakı ifadələri söyləyib:
"MİDA Yasamal rayonunda 2-ci dəfə mənzillərin satışına bu gün saat 11:00-da start verdi. Ev almaq istəyən şəxslərin hardasa 90 faizi proqramçılara müraciət etmişdi. Amma ala bilmədilər. Çünki 500 ev 4-5 saniyəyə satıldı.
Onlayn formada bir insanın fiziki olaraq bunu bacarması mümkündürmü?
Keçən dəfə satış başlayan kimi guya , saytları çökdü. Açılanda bütün mənzillər satılmışdı.
Evsizlər yenə evsiz qaldı. Ev sahiblərinin başqa bir evi də oldu. İddiaya görə, maklerlər işi biznesə çeviriblər, xüsusi yollarla evləri udub 10-15 min bahasına satırlar. Belədirsə, deməli məsələnin korrupsiya, saxtakarlıq və s. tərəfləri də var. Hansıa makler bunu özyanından edə bilməz axı. Sözügedən layihənin məqsədi nədir, bəs? Evsizləri evlə təmin etmək, yoxsa kütləvi etiraz yaratmaq? Ortada bu qədər anormallıq, şübhə, iddia varkən, niyə düz-əməlli araşdırma aparılmır? Onlayn yolla satış alınmırsa, niyə alternativ variant tapılmır?".
İnsanların sosial şəbəkədə qaldırdıqları etirazına dair fikirlərini "Sherg.az"la bölüşən iqtisadçı Natiq Cəfərli bildirib ki, MİDA-nın mənzil satışı ilə bağlı saytın çökməsi, işlək olmaması kimi skandal hadisələr baş verib:
"İndi texniki olaraq satışın necə mümkünlüyünə dair suallar yaranır. 500 mənzilin bir neçə saniyəyə satılması inandırıcı deyil. Şübhələr səsləndirmək mümkündür, sübutumuz yoxdur. Ehtimalən, həmin mənzillər öncədən rəsmiləşdirib, sadəcə portalda görünməsi texniki cəhətdən həyata keçirilib. Hadisə MİDA-nın işində ciddi problemlərin mövcudluğundan xəbər verir. Durum araşdırılmalıdır. Əgər portal vasitəsilə satış şəffaflığın artırılmasına hesablanmışdısa, indi əks effekt verib. Artıq bir çox insanlarda MİDA-da şəffaflığın olmadığı, müxtəlif əməliyyatlarla mənzillərin satışının reallaşma ehtimalı kifayət qədər yüksəlib".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH Fars körfəzində supertankerin batırıldığını açıqlayıb
22:19 15.11.2026
Gündəm
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət