
Millət vəkili: Bakı Forumu parçalanmış dünyanı birləşdirməyə çalışacaq
Millət vəkili: Bakı Forumu parçalanmış dünyanı birləşdirməyə çalışacaq
Yusif Sultanoğlu
07:00 15.03.2024
Gündəm
497
Təəssüf ki, son illər dünya gücləri münaqişələri diplomatik yollarla həll etməkdən daha çox silahların işlədilməsinə yönəldib
"Qlobal Bakı Forumları dünyanı narahat edən vacib məsələləri müzakirə edilən beynəlxalq əhəmiyyətli platformaya çevrilib".
Bu sözləri "Sherg.az"a açıqlamasında millət vəkili Azər Badamov deyib. Deputatın sözlərinə görə, Bakıda keçirilən Qlobal Forumlar iştirakçılarına və müzakirə olunan məsələlərin aktuallığına görə Davos İqtisadi Forumu və Münhen Təhlükəsizlik Konfransı ilə müqayisə olunur:
"Bakıda keçirilən forum sayca on birincidir. XI Qlobal Bakı Forumunda bu gün dünya üçün daha çox vacib məsələlər müzakirə olunur. Qlobal Forumun təşəbbüsçüsü Azərbaycandır. Ölkəmiz bu forumları keçirməklə dünya ictimaiyyətinin diqqətini Azərbaycana cəlb edir və dünya birliyinin ləyaqətli üzvü olduğumuzu nümayiş etdiririk.
Forumun mövzusu parçalanmış dünyanın bərpasıdır. Bəli, bu gün dünya nizamında tarixdə heç vaxt olmadığı kimi parçalanmalar baş verir. Təəssüf ki, son illər dünya gücləri münaqişələri diplomatik yollarla həll etməkdən daha çox silahların işlədilməsinə yönəldilmişdir. Rusiya-Ukrayna və İsrail-Fələstin müharibələri dünyanı üçüncü dünya müharibəsinin başlanılması səviyyəsinə gətirib çıxardıb. Bu baxımdan parçalanmış dünyanın bərpası məsələsi bu gün heç vaxt olmadığı qədər vacibdir. Azərbaycan öz ərazilərində suverenliyini bərpa etməklə pozulmuş beynəlxalq hüququn bərpası məsələsinə töhfə verib, dünyada baş verən münaqişələrin dayandırılmasının nümunəsini təqdim edib. Bu gün işğaldan azad olunmuş ərazilərin sürətlə yenidən qurulub bərpasının həyata keçirilməsi və keçmiş məcburi köçkünlərin öz ata yurdlarına qayıtması dünya üçün etalondur. Amma təəssüf ki, bu gün yeni müharibələrin başlanmasına rəvac verən güclər regionumuzda sabitliyin yaranmasını həzm edə bilmir. Təbii ki, bu məsələnin forumda müzakirə edilməsi dünyaya bir çağırış olacaqdır".

A.Badamovun sözlərinə görə, XI Qlobal Bakı Forumunda həm də iqlim dəyişiklikləri, sağlamlıq, pandemiya, yeni texnologiyalar məsələləri də müzakirə ediləcək:
"Bu gün iqlim dəyişikliklərinə qarşı mübarizədə dünyada həmrəyliyin yaradılması heç vaxt olmadığı qədər vacibdir. Baş verən iqlim dəyişiklikləri planetimizin istiləşməsinə yol açır. Bu da quraqlıqların, daşqınların çoxalması ilə dünya əhalisini yeni fəlakətlərlə qarşılaşdırır. O cümlədən iqlim dəyişiklikləri Azərbaycandan da fəsadlarsız keçmir. Ölkəmizin şirin su ehtiyatları azalmaqdadır. O cümlədən Xəzər dənizinin səviyyəsinin sürətlə azalması bizi və Xəzəryanı ölkləri yeni problemlərlə üzləşdirir. Bu baxımdan iqlim dəyişiklikləri ilə bağlı məsələ heç də davam edən müharibələrdən az aktual məsələ deyil. Azərbaycan qlobal iqlim dəyişikliklərinə qarşı mübarizədə könüllü öhdəlik götürüb. Belə ki, 2030-cu ilə qədər istehsal olunan elektrik enerjisinin 35 faizini, yəni 5 qiqavatı bərpa olunan enerji üzərinə keçirilməsi planlaşdırılıb.
Bu ilin noyabrında Bakıda keçiriləcək COP29 beynəlxalq konfransda iqlim dəyişikliklərinin müzakirəsinə dünyanın liderleri qoşulacaqdır. COP29-nun yüksək səviyyədə keçirilməsi iqlim dəyişikliklərinə qarşı mübarizədə həmrəyliyin əldə olunmasının nə qədər vacib olduğunu göstərir.
Forumda müzakirə olunacaq pandemiya və yeni texnologiyalarla bağlı mövzular da dünya üçün çox əhəmiyyətli məsələrdir. Ümumdünya Səhiyyə Təşkilatı COVID infeksiyasının yeni növlərinə qarşı mübarizənin qlobal şəkildə aparılması üçün çağırışların edəcəyi gözləniləndir. COVID-19-un dünya üçün yaratdığı problemlərin yenidən təkrarlanmaması üçün vaxtında qabaqlayıcı tədbirlərin görülməsi vacibdir.
Qlobal Bakı Forumları dünyada baş verən qlobal problemlərin müzakirəsi və həlli yollarının araşdırılması baxımından nüfuzlu platformaya çevrilib. Forumda 400-ə yaxın qonağın tərkibində fəaliyyətdə olan və keçmiş prezidentlər, baş nazirlər, beynəlxalq təşkilatların rəhbərləri, alimlər, siyasətçilər iştirak edirlər. Bu, bir daha Qlobal Forumun əhəmiyyətini göstərir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məkkədə “canlı bomba hücumu” iddiası rəsmən təkzib edildi
13:13 02.10.2026
Dünya
Ankara türk ölkələrinə çağırış etdi
13:06 02.10.2026
Dünya
Sabah intensiv yağış yağacaq, güclü külək əsəcək
12:47 02.10.2026
Ekologiya
Ötən ay dövlət sərhədinin pоzulmasına görə 16 əcnəbi saxlanılıb
12:38 02.10.2026
Hadisə
Səfir: TRIPP-in inşasına gələn ilin əvvəlində başlanacaq
12:17 02.10.2026
Gündəm
Qaxda 7 kiloqram narkotik vasitə aşkarlandı
11:59 02.10.2026
Hadisə
Türkiyə və Gürcüstan müdafiə nazirləri Şuşada görüşdülər
11:48 02.10.2026
Gündəm
Daha bir məktəbdə 14 şagird zəhərləndi
11:30 02.10.2026
Hadisə
Rzayi Mustafayevin barmaq uclarını niyə sıxdı? - VİDEO
11:29 02.10.2026
Gündəm
Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır
11:25 02.10.2026
Gündəm
Azərbaycanda güclü zəlzələ oldu - Foto
11:22 02.10.2026
Hadisə
Nikzad: Xamenei möcüzə sayəsində xilas oldu
11:10 02.10.2026
Dünya
Peskov: Rusiyaya atəşkəs yox, sülh lazımdır
10:31 02.10.2026
Dünya