Millət vəkili: "Yeni reallıqların müəllifi Azərbaycandır"
Yusif Nəzərli
14:10 03.10.2021
Gündəm
531
"Prezident İlham Əliyevin İspaniyanın "EFE" İnformasiya Agentliyinə müsahibəsində səsləndirdiyi fikirlər regionumuzun gələcəyi və postmüharibə dövrünün reallıqları baxımından olduqca aktual və əhəmiyyətli idi".
Bunu "Sherg.az"a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, yeni reallıqların və onun yaratdığı perspektivlərin müəllifi Azərbaycandır:
"Regionumuzda formalaşacaq yeni strateji konfiqurasiyanın necəliyi Azərbaycanın davranışlarından asılı olacaq. Ona görə də 44 günlük müharibənin ildönümü ərəfəsində qalib ölkənin mövqeyinin qalib liderdən öyrənilməsi dünyanın aparıcı media qrumları üçün prioritet təşkil edir. Məsələ öndadır ki, hazırda iki mühüm xüsus dünya tərəfindən açıq şəkildə dərk eidilir. Bunlardan biri Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni güc nisbəti, digəri isə bu gerçəkliyin dünya dərəfindən qəbul edilməsidir. Ona görə də siyasi proseslərin inkişf istiqamətlərini təyin edən ölkənin bundan sonrakı prosesləri necə diqtə edəcəyi maraq doğurur".
Parlament üzvü vurğulayıb ki, Prezident İlham Əliyev öz fikirləri ilə dünyaya çox açıq və konstruriktiv məsajlar verdi:
"Bunlardan birincisi o idi ki, Azərbaycan öz milli maraqları çərçivəsində hər cür dialoqa hazırdır. İkincisi isə Azərbaycanın ərazisində artıq olmayan hansısa uydurma məsələ və problem heç bir halda istənilən danışıqlarda predmet ola bilməz. Hazırda danışıqların və müzakirələrin yegnə mövzusu Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması və iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiyası, bütün kommunikasiyaların, ən əsası isə Zəngəzur dəhlizinin açılmasının sürətləndirilməsi ola bilər. Bu istiqamətdə Azərbaycan hər cür konstruktiv yanaşmalara açıqdır və mümkün dialoqa hazırdır. Eyni zamanda regionun siyasi-iqtisadi inteqrasiyasını, davamlı sülhü və əməkdaşlığı da bu çərçivədə görür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət
Çin İrana hücum etmək üçün kömək edibmiş
23:07 26.09.2026
Dünya