Minalarla bağlı müraciət Yerevana ünvanlanmalıdır
Turan
05:10 20.04.2021
Gündəm
627
"Kreml BMT-yə müraciət etməklə sadəcə manevr edir"
Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Qarabağa görə Qərb ölkələrini ittiham edib. Nazir bildirib ki, BMT Dağlıq Qarabağın minalardan təmizlənməsində iştirakla bağlı Rusiyanın təklifinə cavab verməyib. Rusiyalı nazirin sözlərinə görə, həmin bölgə tamamilə minalanıb. Ona görə də orada normal fəaliyyət və yaşam mümkün deyil: “Ora əhali qayıda bilmir. Hələ heç kim bölgəyə qayıtmayıb”. Dəfələrlə gündəmə gətirilib ki, minalanmış ərazilərin təmizlənməsi və ermənilərin əlində olan xəritələrin alınması üçün həm beynəlxalq təşkilatlara, həm də Rusiya sülhməramlılarına müraciət olunub.
Vurğulanıb ki, bu gedişlə işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesi çox uzun çəkə bilər. Hətta minalarla bağlı xəritələrin Rusiya sülhməramlılarında olduğu da iddia edilir. O səbəbdən minalanmış ərazilər məsələsində Moskvanın səmimiyyətinə inam azdır.
Məsələni “Şərq”ə dəyərləndirən Cənubi Qafqaz Sülh və Münaqişə İnstitutunun rəhbəri Məhəmməd Əsədullazadə deyib ki, Ermənistan 30 il ərzində işğal olunmuş ərazilərin çox hissəsini minalayıb. Analitikin sözlərinə görə, Yerevan hökuməti Qarabağ müharibəsindən sonra minalanmış ərazilərin xəritəsini verməməklə ilk növbədə humanitar böhran yaradır:
“Bu cür davranış Ermənistanın sülhün əldə edilməsində avanturist yanaşmasını göstərir. Rusiya Ermənistana təsir imkanına malik ölkədir. Amma təəssüf ki, bunu etmir. Çünki Moskvada Qarabağ siyasətində səmimi deyil. Kreml BMT-yə müraciət etməklə sadəcə manevr edir. Müraciət Yerevana edilməlidir və xəritələr tələb olunmalıdır. BMT kimi Qərb təşkilatları yaxşı bilirlər ki, Ermənistandan xəritələri zorla ala biləcək yeganə güc Moskvadır. Ona görə də bu müraciəti ciddi qəbul etmir. Ümumiyyətlə, Rusiya bu məsələyə ikili standartlardan yanaşır və məqsədyönlü şəkildə Azərbaycan-Ermənistan arasında böhranı davam etdirir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xəzər dənizi geri çəkilir - Problemlər getdikcə artır
15:56 13.08.2026
Ekologiya
Rusiyanın Krımdakı hərbi obyektləri məhv edildi
15:04 13.08.2026
Dünya
Kobaxidze: Rusiya ilə imzaladığımız saziş Gürcüstanı xilas etdi
14:43 13.08.2026
Gündəm
Narahatlığı azaltmağın 6 təbii yolu
14:20 13.08.2026
Sağlamlıq
Orta ixtisaslı peşələrdə gənclər üçün iş yerləri azalır
13:58 13.08.2026
Aktual
Saakaşvili: Gürcüstana qarşı çox böyük xəyanət olacaq
13:46 13.08.2026
Gündəm
Abbas Əraqçi: ABŞ Hörmüz və İranla bağlı böyük səhvə yol verdi
13:19 13.08.2026
Gündəm
Ukrayna XİN Lukaşenko ilə görüşü istisna etmir
13:16 13.08.2026
Dünya
Armen Qriqoryan Paşinyanın iş təklifindən imtina edib
13:13 13.08.2026
Gündəm