Miqrantlar vətənə qayıdacaqlar: Reinteqrasiya yardımının müsbət təsiri olacaq
Banuçiçək Kalbalıyeva
12:46 29.01.2020
Gündəm
1322
Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) Niderlanddan könüllü olaraq Azərbaycana qayıdan şəxslərə gəlir gətirən fəaliyyət sahəsinin qurulmasına dəstək verib. Qurumun Azərbaycandakı nümayəndəliyindən verilən məlumata görə, Könüllü Qayıdışa Yardım və Reinteqrasiya layihələri çərçivəsində Niderlandan könüllü mənşə ölkəsinə qayıdan şəxslər reinteqrasiya yardımı ilə təmin edilib.
Layihə çərçivəsində könüllü qayıdan şəxslər BMqT-nin dəstəyi ilə gəlir gətirən fəaliyyət növü kimi taksi xidmətinin göstərilməsi məqsədi ilə müvafiq avtomobilləri satın alıblar.
BMqT-nin Azərbaycandakı nümayəndəliyi hazırda İsveçrə, Belçika, Almaniya, Macarıstan, İtaliya, Hollandiya, Türkiyə və Latviyadan könüllü qayıtmış şəxslərə müvafiq reinteqrasiya yardımları göstərir. Ayrılmış reinteqrasiya yardımı kiçik biznesin qurulması, mövcud biznesə sərmayə qoyulması, təhsilin artırılması, habelə müvəqqəti mənzil təminatı üçün istifadə edilə bilər.
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov bu təşəbbüsü müsbət qiymətləndirərək Serq.az-a bildirib ki, uzun müddət xaricdə yaşayan insanların yenidən öz cəmiyyətlərinə inteqrasiya olunmaları üçün onlara hər cür şərait yaradılmalıdır:
“Məncə, bu çox yaxşı addımdır. Amma bununla kifayətlənmək olmaz. Belə ki, vətənindən başqa ölkəyə köçən şəxsin öz vətənində komfortunun təmin olunması, o cümlədən maddi vəziyyətinin yaxşılaşdırılması, cəmiyyətin bir hissəsinə çevrilməsi üçün hər cür şərait yaradılmalıdır. İnsanların cəmiyyətdən tədric olunmasına icazə vermək olmaz. Ümumiyyətlə insanlar müxtəlif səbəblərdən xarici ölkələrə üz tuturlar. Bəziləri könüllü olaraq gedir və müəyyən müddətdən sonra qayıdır. Bəziləri isə buna məcbur qalır. Necə deyərlər, “çörək pulu” qazanmaq üçün gedənlər də az deyil. Odur ki, miqrantların vətənə qayıtması üçün bu cür proqramların səmərəli olunacığını düşünürəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
2009-dan sonra doğulanlara ömürlük siqaret qadağası təsdiqlənib
20:07 21.04.2026
Sağlamlıq
“Son zəng” tədbirinin keçiriləcəyi tarix məlum olub
19:27 21.04.2026
Elm və Təhsil
CNN: Hörmüz boğazı ABŞ-İran danışıqlarının əsas mövzusu olacaq
19:04 21.04.2026
Dünya
Ukrayna "Drujba" neft kəmərinin təmirini başa çatdırıb
18:56 21.04.2026
Dünya
Putin sərhədyanı bölgələrdə vəziyyəti “çətin” adlandırıb
18:28 21.04.2026
Gündəm
İsmayıl Bəqai BƏƏ-də iranlıların həbsinə münasibət bildirib
18:10 21.04.2026
Dünya
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
18:03 21.04.2026
Region
Tramp İrandan həbsdəki qadınların azad olunmasını xahiş edib
17:46 21.04.2026
Gündəm
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə açıqlama
17:35 21.04.2026
Gündəm
Aprel ayının pensiya ödənişləri yekunlaşdı
17:16 21.04.2026
Sosial
Cevat Gök: Netanyahu faktoru sülhü poza bilər - ŞƏRH
17:14 21.04.2026
Gündəm
Təhdid xarakterli paylaşım edən məktəbli saxlanılıb
17:06 21.04.2026
Hadisə
Tramp: İrana qarşı yeni zərbələrin endirilməsini gözləyirəm
17:05 21.04.2026
Gündəm