Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.
Söhbətin əvvəlində Prezident Vladimir Putin Prezident Şavkat Mirziyoyevi ad günü münasibətilə səmimi qəlbdən təbrik edib, ona möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və Özbəkistanın dost xalqına xidmətində yeni uğurlar arzulayıb.
Özbəkistan Prezidentinin Mətbuat Xidmətinin açıqlamasına görə, liderlər yüksək səviyyədə əldə olunmuş razılaşmaların praktiki icrası çərçivəsində Özbəkistan-Rusiya hərtərəfli strateji tərəfdaşlığı və müttəfiqlik münasibətlərinin daha da inkişafı və möhkəmləndirilməsi ilə bağlı aktual məsələləri müzakirə ediblər.
Mövzu ilə bağlı politoloq İlqar Vəlizadə Sherg.az-a açıqlamasında bildirib ki, bu gün Mirziyoyevə bir neçə həmkarı zəng edib:
"O cümlədən Azərbaycan Prezidenti İlham Əliyev. Danışıqların əsas predmeti Mirziyoyevin ad günü münasibəti ilə bağlı idi. Ona görə də bu, rəmzi xarakter daşıyır. Heç bir dərin siyasi, iqtisadi əhəmiyyəti yoxdur. Sadəcə olaraq, Mirziyoyevi yaxından tanıyan, onu özünə dost və tərəfdaş sayan ölkələrin başçıları ad günündən istifadə edərək ona zəng edib, öz ehtiramlarını bildiriblər.”
Paşa Nuru