Müharibənin dayandırılması üçün ilk cəhd Putinin ad gününündə olub
Yusif Nəzərli
08:44 20.06.2023
Gündəm
258
“Mən oktyabrın 7-si Rusiya Prezidenti Vladimir Putinin ad gününü təbrik etmək üçün zəng edən zaman Azərbaycanla müharibənin dayandırılması üçün ilk cəhd edilib. Putin müharibəni dayandırmaq üçün vasitəçilik səyləri göstərmək istədiyini bildirib. Mən şərtlərlə tanış olub razılaşdığımı dedim. Biz hesab edirdik ki, atəşkəs heç bir ilkin şərt olmadan əldə edilməlidir”.
APA xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan 44 günlük müharibədə baş vermiş hərbi əməliyyatların şəraitinin araşdırılması üzrə parlament komissiyasının iclasında deyib.
Onun sözlərinə görə, həmin gün axşam Putinlə təkrar dialoqu baş tutub və o deyib ki, Prezident İlham Əliyev bununla razılaşmayıb: “Növbəti gün isə Putin bildirdi ki, Prezident İlham Əliyev şərt irəli sürüb: Füzuli döyüşsüz təslim edilməli, Ermənistan Silahlı Qüvvələri isə Arazboyu istiqamətində Xudafərin su anbarına qədər geri çəkilməlidir və həmin ərazilər Azərbaycanın nəzarətində olmalıdır.
Əlavə olaraq, rəsmi Bakı, hərbi əsirlərin qaytarılmasının mümkünlüyünü nəzərə alaraq, Şahbaz Quliyev və Dilqəm Əsgərovu geri qaytarmaq istədi. Bunun müqabilində isə hərbi əməliyyatların dayandırılması təklif edilmədi. Azərbaycan döyüşlərdə həlak olanların dəfni üçün humanitar barışıq təklif etdi və müharibəyə yenidən başlamamaq barədə üzərinə heç bir öhdəlik götürmədi. Mən həmçinin, geri çəkilən erməni qoşunlarını atəşə tutmayacağına dair Azərbaycan tərəfindən zəmanətin olmadığına görə etiraz etdim. Buna baxmayaraq, dedim ki, Xudafərin su anbarından birgə istifadə mümkündür, Azərbaycan Prezidenti nə qədər hərbi əsir qaytaracağını Rusiyaya desə, mən Şahbaz Quliyev və Dilqəm Əsgərovun qaytarılması məsələsini də müzakirə edə bilərəm. Füzulinin döyüşsüz təslim edilməsini qəbuledilməz hesab etdiyimi bildirdim, amma humanitar atəşkəsi tam qəbul etdiyimizi dedim”.
Qeyd edək ki, hazırda Ermənistan parlamentində 44 günlük müharibənin araşdırılması üzrə komissiyanın iclası Baş nazir Nikol Paşinyanın iştirakı ilə keçirilir. İclasa bir sıra yüksək rütbəli hərbi və siyasi xadimlər də dəvət edilib.
Oxşar xəbərlər
Paşinyan cəmiyyətini sülhdən başqa yolun olmadığına inandırmağa çalışır - Politoloq
19:43 16.09.2026
Hikmət Hacıyev: Qarabağda Qafqaz Albaniyasının zəngin xristian irsinin izləri görünür
19:33 16.09.2026
Xəbər lenti
Hamısına bax
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm