Türkiyənin İYİ Partiyasının sədri Müsavat Dervişoğlu partiyada baş verən istefalardan sonra sosial media hesabında sərt açıqlama verib.
Sherg.az xəbər verir ki, Dervişoğlu istefalarla bağlı “Hər cəbhədən hücum etdiklərinə görə bilin ki, doğru yoldayıq. İlk dəfə azalmırıq, ilk dəfə bölünmürük, ilk dəfə xəyanətə uğramırıq” deyə bildirib.
Partiya sədrinin sözlərinə görə, siyasi təzyiqlər İYİ Partiyanı zəiflətməyəcək:
“Göndərdiyiniz akbabaların qopardığı ət bizi nə ağrıdır, nə də tükədir. Bu siyasi namussuzluq bataqlığında siz boğulacaqsınız, biz yox!”