Nazir müavini Azərbaycanın COP29-da qaldıracağı əsas məsələləri açıqlayıb
Yusif Nəzərli
07:34 13.03.2024
Gündəm
518
"COP29 deyərdim ki, Azərbaycanın indiyə qədər ev sahibliyi etdiyi ən vacib beynəlxalq tədbirdir”.
Bunu “Dayanıqlı inkişaf və iqlim dəyişikliyi media perspektivində” mövzusunda təlimində energetika nazirinin müavini, COP29 Azərbaycan üzrə baş İcraçı direktor Elnur Soltanov deyib.
O bildirib ki, iqlim dəyişikliyi ilə bağlı müzakirələr dünyanın ən vacib müzakirələridir.
“Bu debatda çox sayda ölkələr, korporasiyalar, qeyri-hökumət təşkilatları iştirak edir. Biz burada planetin ətraf mühit arxitekturasının qurulmasından danışırıq. Çünki, elm, alimlər xəbərdarlıq edir ki, planetimiz iqlim dəyişikliyi ilə bağlı ciddi çağırışlarla üzləşir. Biz hər şeyi itirə bilərik.
Bu konfrans BMT-non konfransıdır və buna ev sahibliyi etmək böyük məsuliyyətdir", - Elnur Soltanov deyib.
Nazir müavini deyib ki, iqlim dəyişikliyi, istiləşmə qaçılmazdır, lakin artım dərəcəsinin 1.5°C dərəcə səviyyəsində saxlanılması əsas hədəfdir. "Biz buna nail ola bilərik və bu istiqamətdə addımların atılması üçün ölkələr arasında konsensus vacibdir. Çünki artıq təsdiqlənib ki, temperaturun artmasında "insan töhfəsi" danılmazdır” - , o vurğulayıb.
Azərbaycanlı nazir müavini çıxışında sənayedən qaynaqlanan qazların atmosferə zərəri barədə də danışıb. O xatırladıb ki, Azərbaycan 2030-cu ilə qədər qlobal metan emissiyalarının ən azı 30 faiz azaldılmasına yönəlmiş birgə beynəlxalq səylərə qoşulmağa hazır olduğunu bəyan edib.
Elnur Soltanov həmçinin iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində atılacaq addımlarla bağlı qlobal Şimal və qlobal Cənub arasında narazılıqlar var.
"Bəzi inkişaf etməkdə olan ölkələrin zəif maliyyə imkanları onların yaşıl iqtisadiyyata keçidinə imkan vermir", - o əlavə edib.
Enerji nazirinin müavini qeyd edib ki, iqlim dəyişikliyi ilə bağlı müzakirələrdə antoqonizmə yer vermək olmaz: "Ölkələr arasında fikir ayrılığı ola bilər və bunu müzakirə etmək üçün müxtəlif platformalar var, ancaq məhz bu məsələ ilə bağlı müzakirələrdə antoqonizmə, yer yoxdur", - o vurğulayıb.
Nazir müavini deyib ki, iqlim dəyişikliyi ilə mübarizə istiqamətində addımlar atarkən ölkələrin üzərinə məsuliyyət düşür. "Qətiyyətli milli gündəliklər vacibdir", - o deyib.
Nazir müavini əlavə edib ki, Azərbaycan da öz milli gündəliyində iqlim dəyişikliyi ilə bağlı prioritetləri müəyyənləşdirib ki, bunların arasında 2050-ci ilə qədər Qarabağda net-zero zonanın yaradılması və atmosferə atılan qazların 2050-ci ilə qədər 40 faiz azadılması var.
Nazir müavini noyabrda Bakısa keçiriləcək COP29 barədə danışıb. O deyib ki, konfransda 50 000-ə qədər qonağın iştirakı, yüzdən çox ölkənin dövlət və hökumət başçılarının, yüksək səviyyəli rəsmilərin iştirakı gözlənilir və bu məqamda logistika ən vacib məsələlərdən biridir: "Azərbaycanın bu konfransda qaldıracağı əsas məsələlər yaşıl dəhliz, yaşıl zonalar, batareya depolaması (bayyery storage), sülh və iqlim dəyişikliyi ilə mübarizənin bir-birini necə dəstəkləməsi və bu çərçivədə daha çox atılacaq addımlar olacaq".
Nazir müavini Ermənistanın Azərbaycanın COP29a ev sahibliyi etməsini dəstəkləməsi qərarını xatırladıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət
Azərbaycan əsgəri Ermənistanda həbs edildi
17:05 02.10.2026
Hərbi
Messi vida oyunu üçün Argentinaya yollandı
16:47 02.10.2026
Futbol
Azərbaycanda 9 ayda 105 uşaq övladlığa verilib - STATİSTİKA
16:23 02.10.2026
Sosial