İsrail Baş naziri Binyamin Netanyahu Türkiyə ilə mümkün qarşıdurma ehtimalı barədə ilk dəfə birbaşa açıqlama verib.
Sherg.az-ın məlumatına görə, Netanyahu bildirib ki, İsrail qarşıdurma axtarmır, lakin ölkənin təhlükəsizliyini qorumaq üçün bölgədə güc balansını öz xeyrinə saxlamaq niyyətindədir.
“Qarşıdurma axtarmıram. Lakin düşmənin niyyətlərinə yalnız güvənmək olmaz. Zəif olsanız, sizə hücum edərlər, güclü olsanız, sizə hörmət edərlər”, - deyə Netanyahu bildirib.
İsrail lideri Suriyada “təhlükəsizlik zonası” yaratmaq qərarına gəldiklərini açıqlayıb. O, Türkiyənin Suriyanın şimalında mövcudluğuna toxunaraq deyib:
“Türkiyənin cənuba gəldiyini görmək istəmirəm.”
Netanyahu həmçinin İsrailin Türkiyə hərbçilərinin Suriyada yerləşdirilməsinə qarşı olduğunu ABŞ, digər kanallar və birbaşa Suriya vasitəsilə çatdırdığını iddia edib. Onun sözlərinə görə, İsrail bu mesajı “kinetik yollarla” da verib.
Qeyd edək ki, İsrail ordusu daha əvvəl Suriyanın İdlib vilayətinin şərqində yerləşən Əbu Zühur hərbi hava limanına zərbələr endirib.