“Noyabr döyüşlərinin "ssenarisi" Tovuz döyüşləri ilə eynidir”
Yusif Nəzərli
15:41 17.11.2021
Gündəm
528
“Belə təxribatların məqsədi Azərbaycana mümkün qədər təzyiq göstərib, onun strareji kommunikasiya xətlərini ələ keçirməkdir”
“Bunun arxasında Ermənistanın həm daxilində, həm də xaricdə Azərbaycanın suverenliyinə ərazi bütövlüyünə qəsd etmək istəyən qüvvələr durur”
“Türkiyə dövləti Azərbaycanın ərazi bütövlüyünə yönəlmiş istənilən təxribatın qarşısını birmənalı şəkildə almağa davam edəcək”
Noyabrın 16-sı Türkiyə Milli Müdafiə naziri Hulusi Akarla Azərbaycan Respublikası Müdafiə naziri general-polkovnik Zakir Həsənov arasında telefon danışığı olub.Danışıq zamanı general-polkovnik Z.Həsənov Ermənistan tərəfinin təxribatları və dövlət sərhədində olan vəziyyət barədə həmkarını məlumatlandırıb və qarşı tərəfin bu addımlarının qarşısının qətiyyətlə alındığını bildirib. Hulusi Akar isə Türkiyənin həmişə olduğu kimi bu gün də Azərbaycanın yanında olduğunu bildirib. Bu onu göstərir ki,Ermənistan-Azərbaycan sərhəddində baş verən son hadisələr rəsmi Ankara tərəfindən diqqətlə izlənilir.
Vəziyyəti “Sherg.az”a şərh edən analitik Turab Rzayev son təxribatları Tovuz döyüşləri ilə müqayisə edib:
“Hadisələrin başlanma və davam etmə şəkili eynidir. Belə təxribatların məqsədi Azərbaycana mümkün qədər təzyiq göstərib, onun strareji kommunikasiya xətlərini ələ keçirməkdir. Bunun arxasında Ermənistanın həm daxilində, həm də xaricdə Azərbaycanın suverenliyinə ərazi bütövlüyünə qəsd etmək istəyən qüvvələr durur. Rəsmi İrəvanda Paşinyan hakimiyyəti Azərbaycandakı hadisələrin gərginləşməsində maraqlıdır. Son günlər Rusiya elan edir ki, noyabrın ilk on günündə pezidentlərin üçtərəfi görüşü olacaq. Azərbaycan tərəfinə bununla bağlı heç bir xəbər gəlmir. Daha sonra Vladimir Putinin köməkçisi Dmitri Peskov tərəflər arasında virtual görüş olacağını elan edir. Artıq noyabrın ortalarıdır və heç bir görüş yoxdur. Demək ki, bu görüşlər Azərbaycanın suverenliyinə uyğun deyil. Bu ərəfədə Türkiyə prezidenti Azərbaycana gəlir, Azərbaycan prezidenti Türkiyəyə səfər edir. Azərbaycan xarici işlər naziri Avropa ittifaqında Avropa ilə Şərq tərəfdaşlığını yenidən müzakirə edir. Bütün bunlar üst-üstə gəldikdə təxribatlar da artır”.
Ekspert bunun planlanmış bir provokasiya olduğunu vurğulayıb və əlavə edib ki, bu cür təxribatlara qarşı mübarizədə Azərbaycanın hər zamankı kimi birinci dərəcəli müttəfiqi, dostu, dəstəkçisi Türkiyədir:
“Türkiyə olmadan biz tək xarici qüvvələrlə bacarmarıq. Tovuz döyüşlərinin ardından ilk siqnalı məhz Türkiyədən aldıq. Türkiyə bəyan etdi ki, biz Azərbaycanın yanındayıq. Azərbaycana xarici qüvvə gələrsə, biz də gələrik. Bizim indi də həmin mesaja ehtiyacımız var idi. Türkiyə müdafiə naziri ilə Azərbaycan müdafiə naziri arasında olan telefon danışığı da bir sıra qüvvələrə elə bu mesajı çatdırır. Türkiyə dövləti Azərbaycanın ərazi bütövlüyünə yönəlmiş istənilən təxribatın qarşısını birmənalı şəkildə almağa davam edəcək”.
T.Rzayev bizim bu prosesdə Türkiyə, Əqanıstan, Pakistan və digər müttəfiqlərimizdən yanımızda olmalarını istədiyimizi diqqətə çatdırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens: İranla danışıqlarda çox yaxşı irəliləyiş var
23:54 19.05.2026
Dünya
"The New York Times": Tehran dağıdılmış tunelləri bərpa edir
23:28 19.05.2026
Dünya
Qorxulu iqlim ssenarisi üçün əsas yoxdur - Ekoloq
22:44 19.05.2026
Ekologiya
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
22:27 19.05.2026
Dünya
Fransa hərbi xərcləri 36 milyard avro artıracaq
22:06 19.05.2026
Dünya
"Meta" yeddi min işçisini süni intellekt bölməsinə keçirir
21:33 19.05.2026
Texnologiya
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya