Özbəkistan Zəngəzur dəhlizinin işə salınmasında maraqlıdır

Özbəkistan Zəngəzur dəhlizinin işə salınmasında maraqlıdır.

Bunu çərşənbə axşamı Trend-ə Özbəkistanın Nəqliyyat Nazirliyi yanında nəqliyyat və logistikanın inkişafı problemlərinin öyrənilməsi Mərkəzinin direktoru Beqzod Xolmatov deyib.

Onun sözlərinə görə, Özbəkistan üçün hazırda dəhliz yüklərin daha qısa zaman müddətində Avropa İttifaqı (Aİ), o cümlədən Azərbaycan bazarlarına çatdırılmasına imkan yaradır.

"Azərbaycanla Türkiyə arasında əmtəə dövriyyəsinin ilbəil artdığını nəzərə alsaq, bu dəhlizin də vacibliyi və əhəmiyyəti artır. Çünki o bu iki ölkə arasında qurudakı məsafəni azaldacaq və yükdaşıma qiymətlərini aşağı salacaq ki, bu da xarici ticarət dövriyyəsinə müsbət təsir göstərəcək", - deyə , vurğulayıb.