Paşinyan qətiyyətlilik nümayiş etdirərsə...
Yusif Nəzərli
09:13 14.07.2023
Gündəm
324
Sabah liderlər Brüsseldə görüşəcək
Prezident İlham Əliyev, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş iyulun 15-də Brüsseldə baş tutacaq. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib. Qeyd edək ki, bundan əvvəl görüş iyulun 21-nə nəzərdə tutulmuşdu. Sonradan Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan tədbirin planlaşdırıldığından əvvəl ola biləcəyi barədə xəbər vermişdi.
Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov "Sherg.az"a deyib ki, Brüsseldə planlaşdırılan görüş çox vacibdir. Analitikin sözlərinə görə, sülh danışıqları çərçivəsində istənilən görüş, müzakirə rəsmi Bakı üçün əhəmiyyət kəsb edir: "Azərbaycan və Ermənistan arasında gedən danışıqlara, aparılan müzakirələrə ciddi yanaşmaq lazımdır. Hətta nəticəsi olmayan, hansısa razılaşma, irəliləyiş əldə edilməyən görüşlərdə belə Azərbaycan tərəfi ən azından öz mövqelərini gücləndirir. Ermənistan üzərinə isə yeni öhdəliklər qoyulur. Təbii, Brüsseldə keçiriləcək görüşdə hansısa sənədin imzalanması gözlənilmir. Bundan əvvəl Vaşinqtonda Azərbaycan və Ermənistan XİN başçıları arasında keçirilən görüş də uğurlu olmamışdı. Ancaq liderlərin görüşü istənilən halda bir şansdır ki, müəyyən məsələlər daha ətraflı müzakirə olunsun, hansısa irəliləyiş əldə oluna bilsin. Əgər Nikol Paşinyan qətiyyətlilik nümayiş etdirərsə, müəyyən nəticə mümkündür. Bilirik ki, Ermənistan xarici işlər naziri Arorat Mirzoyan sülh danışıqlarında Paşinyandan daha cəsarətsizdir".
Z.Məmmədov vurğulayıb ki, Ermənistan tərəfi Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanımalı, Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu sənəddə etiraf etməlidir: "Əgər bu, baş verməzsə, sülh prosesi də uzanacaq. Ermənistan da imitasiya ilə məşğul olacaq. İrəvan hökuməti pozucu addımları davam etdirməklə əslində Azərbaycana yeni imkanlar verəcək ki, danışıqlarla mümkün olmayanı hərb yolu ilə əldə edək. Həmçinin Qarabağın dağlıq hissəsini separatçılardan, erməni silahlılarından təmizləsin".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski ABŞ-la görüş formatlarını müzakirə etdiklərini açıqlayıb
19:10 11.05.2026
Dünya
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm