“ABŞ və Ermənistan arasında yaradılan TRIPP şirkəti dəhlizlə bağlı tikinti işlərinin daha tez başlamasına imkan verəcək”.
Teleqraf xəbər verir ki, bunu amerikalı analitik Endryu DeAnieri Ermənistan KİV-ə deyib.
Həmçinin ekspert bu məsələ və sülh prosesinə təsir edə biləcək daha bir məsələyə - iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkilərinə diqqət çəkib:
“Hazırda ən böyük sual işarəsi Ermənistandakı seçkilərdir. Baş nazir Nikol Paşinyanın partiyası hakimiyyəti qorumaq üçün daha bir mandat əldə etməlidir.
DeAnieri bildirib ki, bir çoxları Rusiyanın seçkilərin nəticələrinə təsir göstərmək üçün addımlar atacağını gözləyir. Amerikalı analitik əlavə edib ki, Moskva Paşinyanın Azərbaycan və Ermənistan arasında sülh səylərini tənqid edir.
“İyun seçkilərindən sonra sülhün perspektivləri haqqında daha çox şey biləcəyik”, - o vurğulayıb.