Pekin Honkonq modelini təklif edə bilər
Pekin Honkonq modelini təklif edə bilər
Yusif Nəzərli
06:38 14.06.2023
Gündəm
286
Bu model bir neçə səbəbdən Azərbaycanın işinə yaramır
"Azərbaycan Prezidenti İlham Əliyev müharibədən əvvəl Qarabağ üçün dünyada mövcud olan ən yüksək muxtariyyət modeli təklif edirdi. Belə modellər dünyada kifayət qədərdir". Bu barədə "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Ekspert bildirib ki, lakin Ermənistan hakimiyyəti muxtariyyət modelini qəbul etmədi, separatçılarla birgə “müstəqillikdən” başqa heç bir “təklifi” qəbul etməyəcəklərini bildirdilər: "Ermənilər Birinci Qarabağ müharibəsindən sonra özlərini qalib hiss etdiklərindən “şərtlərini” diktə etməyə çalışırdılar. Minsk Qrupu həmsədrləri də yüksək muxtariyyət modeli təklifini müzakirə etməyə həvəsli deyildilər. Ermənistanın Baş naziri Nikol Paşinyan içkili şəkildə keçmişdə işğal altındakı Şuşada yallı gedərək “Qarabağ Ermənistandır” deyib tuturdu.
İkinci Qarabağ müharibəsi reallıqları dəyişdirdi. Azərbaycan qələbə çaldı və torpaqlarının böyük hissəsini azad etdi. Hazırda şərtləri diktə edən tərəf Azərbaycandır. Bundan sonra ermənilərə heç bir xüsusi status verilməyəcək. Bunu özləri və beynəlxalq aləm də anlayır. Qarabağ erməniləri müharibəyə qədər onlara təklif edilən yüksək muxtariyyət statusunu əldə etmək şansını itirdilər. Nikol Paşinyan da reallığı qəbul etmək məcburiyyətində qalaraq artıq “Qarabağ Azərbaycandır” deməyə başlayıb.
Buna baxmayaraq, erməni ekspertləri ara-sıra Qarabağ üçün yüksək muxtariyyət modeli haqqında fikirlər səsləndirirlər. Rusiya mətbuatında da bu mövzuda məqalələr yayımlanır. Modellərdən biri kimi Honkonqun adı çəkilir. Böyük Britaniya imperiyasının tərkib hissəsi olan Honkonq Londonla Pekin arasındakı razılığa görə 1997-ci ildə Çinin tərkibinə qatılıb".
Analitik qeyd edib ki, Rusiya qəzetlərinin birində yayımlanan məqalədə Honkonq modelini Pekinin Azərbaycana təklif edə biləcəyinə eyham vurulub: "Bu belə əsaslandırılıb ki, Azərbaycan və Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatı ilə tərəfdaşlıq münasibətlərinə malikdirlər. Honkonq “bir ölkə, iki sistem” kursu əsasında Çinə birləşdirilib. Çində hakimiyyət birpartiyalı əsasda formalaşıb, Kommunist Partiyası ölkənin siyasi həyatına hakimdir. Honkonqda isə çoxpartiyalı sistem mövcuddur.
Honkonq Çinin tərkibində xüsusi idarəetmə formasına malikdir. Maliyyə müstəqilliyinə malik olan Honkonqun xarici siyasət və ordu saxlamaq hüququ yoxdur. Bunlar Çinə aiddir. Bu model bir neçə səbəbdən Azərbaycanın işinə yaramır. Birincisi, Çində və Honkonqda yaşayanlar çinlilərdir, bu səbəbdən separatçı fəaliyyət üçün zəmin yoxdur. İkincisi, Prezident İlham Əliyevin fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları mövcuddur, Azərbaycan qanunlarına tabe olacaq ermənilər bu çərçivədə idarəetmə hüquqlarına malik olacaqlar, hansısa geri dönüş mümkün deyil".
Oxşar xəbərlər
Azərbaycanla Türkmənistan arasında energetika sahəsində əməkdaşlıq sazişi təsdiq edildi
16:09 21.08.2026
Erməni məhbuslar Bakıda DƏRS ALIR: “Üçüncü ölkə vasitəsilə görüşə icazə verilməyəcək”
14:11 21.08.2026
Prezident İlham Əliyev: Özbəkistandan Azərbaycana turist səfərlərində artım müşahidə olunur
14:00 21.08.2026
Xəbər lenti
Hamısına bax
Qırğızıstanda sənədsiz malların idxalına görə cərimələr artırılıb
15:39 21.08.2026
Dünya
İqbal 5 ildir sudan çıxmır, yeməyini belə orada yeyir!
15:38 21.08.2026
Maraqlı
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücum edildi
15:29 21.08.2026
Dünya
Rusiyanın Patriarxı II Qaregini təbrik edib
15:14 21.08.2026
Dünya
Bakının yaşıllıqları ilə bağlı HƏYƏCAN
15:08 21.08.2026
Ekologiya
Rusiyada deputatlığa namizəd saxlanıldı
15:02 21.08.2026
Dünya
Moskava anti-Azərbaycan təbliğatı yenidən güclənir - RƏY
14:53 21.08.2026
Siyasət
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:12 21.08.2026
Dünya
Vens: İranı məğlub etməyin ən yaxşı yolu budur
13:32 21.08.2026
Dünya
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
13:29 21.08.2026
Ekologiya
İsmayıllıda toyda 31 nəfər zəhərlənib - YENİLƏNİB
13:12 21.08.2026
Hadisə
Daşkəsəndə iri qaya parçaları yolu bağlayıb
12:57 21.08.2026
Hadisə
İtlər bu yaşda qocalırlar
12:09 21.08.2026
Maraqlı
Elm dünyası şokda! Yeni orqan kəşf edildi
11:31 21.08.2026
Sağlamlıq