Penitensiar xidmətə yeni rəis təyin edilib

Ceyhun Əkbər oğlu Həsənov Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib.

"Report" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Digər Sərəncamla Mirsaleh Miradil oğlu Seyidov ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilib.