Pentaqon: "Vaqner"in bölmələri hələ də Ukraynada qalır
Yusif Nəzərli
06:09 28.06.2023
Gündəm
287
“Vaqner” Özəl Hərbi Şirkətinin bəzi silahlıları Rusiyada dövlət çevrilişinə cəhddən sonra hələ də Ukrayna ərazisində qalmaqdadır.
"Report" CNN-ə istinadən xəbər verir ki, bunu Pentaqonun sözçüsü Patrik Rayder deyib.
O bildirib ki, hazırda Rusiyada baş verən hadisələrə cavab olaraq ABŞ qoşunlarının yerləşdirilməsini tələb edən heç bir səbəb yoxdur.
Xatırladaq ki, bir neçə gün əvvəl “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rusiya hərbçilərinin “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirdiyini, bir çox döyüşçünün öldüyünü açıqlayıb. O, bundan sonra Rusiyada qiyama başlayıb.
Elə həmin günü “Vaqner”çilər Rusiya Silahlı Qüvvələrinə məxsus qırıcı təyyarə və helikopterləri vurublar. Rusiya Prezidenti Vladimir Putin isə xalqa müraciətində mövcud hadisələri xəyanət kimi qiymətləndirib.
Məlumata görə, Y.Priqojin Belarus Prezidenti Aleksandr Lukaşenkonun hərbi hərəkətləri dayandırmaq və gərginliyi azaltmaqla bağlı təklifini qəbul edib.
Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb. İyunun 27-də isə Federal Təhlükəsizlik Xidməti silahlı qiyamla bağlı başlanmış cinayət işinə xitam verildiyini elan edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KL: Pley-off mərhələsinə start verilir
18:32 20.08.2026
Futbol
Velosiped 3 yaşlı qızın barmağını qopardı
18:23 20.08.2026
Hadisə
ABŞ-ın İran əməliyyatında yaralanan hərbçilərinin sayı 757-yə çatıb
18:17 20.08.2026
Dünya
Türkiyə siqaret istehlakında dünyada birinci oldu
18:14 20.08.2026
Sağlamlıq
Ermənistanda hərbçilərin ölümü ilə bağlı iddialar təkzib edildi
18:05 20.08.2026
Region
Abşeronda 6 avtomobil və iki marketi talayan şəxs saxlanılıb
17:56 20.08.2026
Hadisə
Abşeronda 6 avtomobil və iki marketi talayan şəxs saxlanılıb
17:29 20.08.2026
Hadisə
Dəmir yolunda güzəştli bilet satışı təklifləri yaradılacaq
17:06 20.08.2026
İnfrastruktur
Azərbaycanın uçuş coğrafiyası genişləndiriləcək
17:05 20.08.2026
Gündəm
Azərbaycanda 3 yeni turizm və rekreasiya zonası yaradılacaq
16:58 20.08.2026
İqtisadiyyat
“Rəqəmsal səyyah” viza altnövü təsis ediləcək
16:33 20.08.2026
Gündəm
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək - SƏRƏNCAM
16:02 20.08.2026
Gündəm
Zaqatalada QƏZA: 3 nəfər yaralandı - FOTO
15:53 20.08.2026
Hadisə
Makron Gürcüstan Baş nazirini Parisə dəvət etdi
15:46 20.08.2026
Dünya