İran xalqının bütün qanuni hüquqları rəsmən tanınmalıdır.
"Report" IRIB-yə istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani ilə görüşdə deyib.
"İran İslam Respublikası öz qanuni hüquqlarından artığını tələb etmir və təzyiq qarşısında təslim olmayacaq", - o bildirib.
Pezeşkian İran və Qətərin əməkdaşlığı bərpa etməsinin mümkünlüyünü də diqqətə çatdırıb.
Xatırladaq ki, Al Tani İran parlamentinin sədri ilə də görüş keçirib və tərəflər bölgədə gərginliyin azaldılmasını müzakirə ediblər.